Alyaska marmotu () — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.

Bu marmotların uzunluğu 53,9-65,2 sm, kütləsi 2,5-4 kq arasında dəyişir.

Alyaska marmotu Alyaskada Bruks sıra dağlarının yamaclarında yaşayır. Bu, onun yırtıcılardan qorunmasına şərait yaradır. Onlar ot, çiçəkli bitkilər, mamır və şibyə ilə qidalanırlar.

Alyaskanın yerli əhalisi alyaska marmotunun ətinin yeyir, dərisindən geyim üçün istifadə edirlər.

Kateqoriya:Marmot Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Şimali Amerika məməliləri