() — pulcuqlular dəstəsinə aid ilan fəsiləsi.

Bədəninin uzunluğu 3,5 m-dək olur. Çənə, qanadvarı və damaq sümükləri üzərində çoxlu dişi var. Bəzilərinin dişləri zəhərli olur. Rəngi çox vaxt əlvandır. 1500 növü əhatə edən 300-dək cinsi məlumdur. Azərbaycanda 18 növü var.

Bütün materiklərdə (Antarktidadan başqa) yayılmışdır. Yerdə, ağacda, suda-quruda və suda yaşayır. Bəzi növləri insanı dişlədikdə ölümlə nəticələnir. İri suilanları balıq, kərtənkələ, quş və onun yumurtaları, xırda suilanları isə müxtəlif onurğasızlarla, o cümlədən molyusk və soxulcanla qidadanır. Əsasən, yumurtaqoymaqla, bəzən də yumurta diridoğmaqla çoxalır.

Yarımfəsilələri Boodontinae Calamariinae Əsl suilanları (Colubrinae) İribaş ilanlar (Dipsadinae) Şirinsu ilanları (Homalopsinae) Suilanları (Natricinae) Pareatinae Psammophiinae Pseudoxenodontinae Pseudoxyrhophiinae Ksenodermlər (Xenodermatinae) Hamardiş ilanlar (Xenodontinae)

İstinadlar

Həmçinin bax

Kateqoriya:1811-ci ildə təsvir edilən sürünənlər Kateqoriya:1881-ci ildə təsvir edilən taksonlar Kateqoriya:20–24 ID olan Taksonbar