Kupidon və Psixeya uşaq ikən (, ) — Vilyam Buqronun ən məşhur əsərlərindən biri. Əsər 1999 – cu ildə isə Nyu-Yorkda, Kristi auksionunda $1,760,000 – a satılmışdır.William-Adolphe Bouguereau Paintings: L'amour Et Psyché, Enfants, the Birth of Venus, the Shepherdess, Nymphs and Satyr, the Bohemian, General Books LLC, 2010

Əsər 1890-cı ildə Fransanın Salon şəhərində tamamlanmışdır. Bəzən əsər yanlış olaraq "İlk Öpüş" (ing: The First Kiss, fr: Le Premier Baiser) də adlandırılır.

Kətan üzərində yağlı boya ilə çəkilmiş şəkil 119.5 x 71 mm (47 x 27 7/8) ölçüyə malikdir və hal – hazırda şəxsi kolleksiyada saxlanılır. Şəklin mövzusu qədim Roma şairi Apuleyin "Qızıl arxa" əsərindəki "Kupidon və Psixeya" hekayəsindən götürülmüşdür.

Yanlış adlandırma

İnternetdə ilk virtual muzeylərdən biri olan "Web Museum"də əsər yalnız olaraq "L'Amour et Psyche, enfants" adıyla deyil "The Firs Kiss" (İlk öpüş) adıyla yerləşdirilmiş, sayt hələ də bu yanlışını aradan qaldırmamışdır.

Buqronun Kupidon və Psixeya təsvir edilmiş digər əsərləri

Buqro müxtəlif zamanlarda Kupidon və Psixeya təsvir edilmiş başqa əsərlər də yaratmışdır: Psyché et l'Amour (Psixeya və Kupidon, Salon, 1889, No. 260; Exposition Universelle of 1900, No. 242) Psyché (Psixeya) (1892) Le ravissement de Psyché (Psixeyanın oğurlanması, Salon, 1895, No. 258)

İstinadlar

Kateqoriya:Vilyam Buqronun rəsm əsərləri Kateqoriya:1890-cı ildə yarananlar Kateqoriya:Kupidon rəsmləri Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər