Səfəvi-Osmanlı müharibəsi (1730-1735) — 1730-1735-cı illərdə Səfəvilər və Osmanlı imperiyaları arasında baş vermiş müharibə.
Arxaplan XVIII əsrin 30-cu illərinə yaxın Səfəvi İranı ərazisinin böyük bir hissəsi əfqan işğalçılarından təmizləndi. İlk öncə Nadir Astrabad və Mazandaranı tutmuş türkmənləri əzərək Xəzər dənizinə şah hökuməti üçün çıxış açdı. 1728-1729-cu illərdə əfqanları irandan vurub çıxardı. Şah Təhmasibin İsfahana qayıtması üçün yol açılmış oldu. Bununla belə, Qərbi İran, Cənubi Azərbaycan, Xəzərsahili vilayətlər istisna edilməklə, demək olar ki, bütün Cənubi Qafqaz hələ də Osmanlı işğalçılarının əlində idi. Nadir xanın yüksəlişi ilə yenidən dirçəlmiş İran dövləti qarşısında Osmanlı ordusu ilə mübarizə vəzifəsi dururdu.
Nadir İsfahanda əfqan hakimiyyətinə son verdikdən sonra II Təhmasibin də Osmanlı dövlətinə qarşı tutumu dəyişdi. Belə ki, Osmanlı dövlətinin təyin etdiyi Həmədan hakimi Abdurrahman Paşaya göndərdiyi məktubda Osmanlı dövlətindən ələ keçirilən torpaqları dərhal geri verməsini, əks təqdirdə müharibəyə başlayacağını bildirdi. Bundan başqa Şamlı Rzaqulu xanı İstanbula göndərərək elçi vasitəsilə Qərbi İranda ələ keçirilən torpaqların sülh yolu ilə geri qaytarılmasını tələb etdi. 1729-cu ilin iyun ayında İstanbula gələn Rzaqulu xan Osmanlı dövləti tərəfindən xoşluqla qarşılandı. Rzaqulu xan işğal olunmuş ərazilərin qaytarılması və İranın Türkiyədən çəkdiyi xərclər müqabilində illik ödənc verməsi barədə müqavilə bağlanmasına nail oldu. Lakin görüşmələr zamanı Nadir xanın Həmədana yürüş etdiyi xəbəri yayılır. Rzaqulu xan hər bir vəchlə bu xəbəri yalanlayaraq vaxt qazanmağa çalışsa da Osmanlı hökuməti elçinin bu cəhdlərini başa düşür. Artıq 1730-cu il İran üçün Türkiyəyə qarşı hərbi əməliyyata başlamaq əlverişli şərait yaranmışdı. Əvvəla, bu dövrdə baş vermiş çevriliş nəticəsində III Sultan Əhməd taxtdan salınmışdı və Türkiyənin hakim dairələri daxili vəziyyətin nizama salınması ilə məşğul idi. İkincisi, Rusiya İrana hüsn-rəğbət bəsləyirdi. Şəraiti düzgün qiymətləndirən İran dövləti Osmanlı imperiyasına qarşı hərbi əməliyyatlara yenidən başladı.
Müharibənin başlaması Nəhavənd və Həmədanın geri alınması thumb|234x234px|Məlayir döyüşü zamanı orduların düzülüşü İstanbula göndərilən elçidən xəbər ala bilməyən Nadir xan 1730-cu ilin martında Şirazdan Əcəm İraqına doğru hərəkətə başlayır. Nadir xanın ordusu Şuştər, Dezful, Xürrəmabaddan keçərək Bürucirdə gəlir. Bundan sonra o ordusunun bir hissəsini Kirmanşaha göndərib, 6000 min nəfərlik digər qismi ilə Nəhavənd üzərinə yürüşə başlayır. Bir günlük yürüşdən sonra 1730-cu ilin iyul ayında Nəhavənd ələ keçirilirdi. Şəhər hakimi əsir götürüldü. Bu zaman Həmədan hakimi Əbdürrəhman paşa Van valisi Timurtaş paşa komandanlığında bir dəstəni Nadir xan üzərinə göndərdi. Tərəflər Məlayir adlanan ərzaidə qarşı qarşıya gəlir və Nadir Osmanlı ordusunu darmadağın edir. Nəticə də Osmanlı ordusu 7 iyul 1730-cu ildə şəhəri tərk edərək Bağdada çəkilir. left|thumb|Döyüşdən sonra Həmədan şəhərinə açılan yol
Kirmanşah və Təbriz üzərinə yürüşlər Ordunun bir qismini Hüseynqulu xan Zəngənə rəhbərliyində Kirmanşah üzərinə göndərən Nadir xan onun məğubiyyət xəbərini eşidib böyük bir dəstə ilə Kirmanşaha doğru hərəkətə başlayır. Lakin Kirman hakimi Həsən Paşa Həmədan və Nəhavəndin ələ keçirilməsi xəbərini alıb şəhəri çoxdan tərk etmişdi. Beləliklə Nadir heç bir müqavimət görmədən şəhərə daxil olur.
Osmanlı ordusunun Azərbaycandakı əsas dayaq nöqtələrindən biri Təbriz idi. İran ordusunun başında duran Nadir xan Əfşar qoşunlarını məhz oraya yönəltdi. Təbrizə hərəkət edərkən İran sərbazı Təbriz qarnizonuna yardıma gedən Osmanlı hissələrini məğlub etdilər. Osmanlı ordusu İrəvana tərəf geri çəkildi.
Tezliklə Nadir Təbrizə yaxınlaşdı. Ağır döyüşlər başlandı. Çoxsaylı düşmənin zərbələrinə tab gətirməyən Osmanlı qarnizornu şəhərə çəkildi və 6 gün ərzində İran ordusunun fasiləsiz hücumlarını dəf etdi. Lakin Osmanlı baş vəzirinin göstərişi ilə Təbriz tərk olundu. 1730-cu ilin sentyabrında İran ordusu Osmanlı qarnizonunun yerləşdiyi Ərdəbilə doğru hərəkət etmək qərarına gəldi. Bu xəbəri eşidən Osmanlı paşası kömək üçün həmin dövrdə Xəzərsahili vilayətlərdə yerləşən rus ordusuna müraciət etdi.
Rus komandanlığının vasitəçiliyi nəticəsində Osmanlı hissələrlə heç bir itki vermədən Ərdəbili tərk edərək rusların hakimiyyəti altında olan Astarada sığınacaq tapdılar. Sonra isə Şirvandan keçərək Türkiyəyə yola düşdülər. İran ordusu isə heç bir müqavimətə rast gəlmədən Ərdəbili tutdu. Lakin hadisələrin gözlənilmədən dəyişməsi Nadirin Türkiyəyə qarşı uğurlu mübarizəsinə mane oldu. Xorasanda şah hökumətinə qarşı üsyan qalxdı və Nadir üsyanı yatırmaq üçün oraya yola düşməyə məcbur oldu.
Şah II Təhmasibin hücum əməliyyatları Nadirin üsyanı yatırmaqla məşğul olmasından istifadə edən II Şah Təhmasib öz sarsılmış nüfuzunu bərpa etmək məqsədilə Osmanlılara qarşı hərbi əməliyyatlan davam etdirmək qərarına gəldi. 1731-ci ildə İran ordusu İrəvana tərəf hərəkət etdi. Lakin Üçmüədzində əldə olunan ilkin müvəffəqiyyətə baxmayaraq, Şah Təhmasibin ordusu məğlubiyyətə uğradı. Hətta şahın özü də az qala əsir düşəcəkdi. Aprelin ilk günlərindən II Təhmasib özünün məğlub edilmiş ordusu ilə Təbrizə qayıtmağa məcbur oldu. Həmin dövrün arxiv sənədlərində deyilirdi ki, "orduda aclıq hökm sürürdü və onun çoxlu adamı, atı və qatırı məhv olmuşdu".
Osmanlı komandanlığı İran ordusu tərəfindən elə keçirilmiş torpaqları qaytarmaq qərarına gəldi. Türk qoşunu Təbrizə tərəf hərəkət etdi. Öz növbəsində Surxay xan 1731-ci il aprelin 24-də Əli paşadan Təbrizə getmək və Gəncədən buraya göndərilən türk ordusu ilə birləşmək haqqında əmr aldı. Osmanlı ordusu Cənubi Azərbaycan və İranda qələbə çalaraq ölkənin içərilərinə doğru uğurla hərəkət etdi. II Şah Təhmasib düşməni dayandırmaq üçün öz ordunu Həmədana göndərdi. Elə buradaca tərəflər arasında döyüş baş verdi. Sentyabrın 16-da baş verən və Kurican adlanan döyüşdə II Təhmasibin ordusu məğlubiyyətə uğradı. Kurican kəndində baş verən döyüşlə bağlı L.Lokhart yazır ki, «İran süvariləri türk atlılarının sıralarını 3 dəfə yarırlar, elə təsəvvür yaranır ki, Təhmasib çox asanlıqla qələbə əldə edəcək. Lakin yeniçərilər iranlıların piyadalarını, hansılar ki, hərbi cəhətdən daha səriştəsiz idilər, məğlub edərək, sonradan atlıları dəf edirlər. Təhmasib 3000 adamı ilə az qala təslim olmaq üzrə olur, lakin çətinliklə qaçıb aradan çıxa bilir. Onun minlərlə əsgəri öz həyatını itirir, sağ qalanlar isə o qədər ruhdan düşür ki, məyus halda evlərinə dağılışırlar. Türklər Təhmasibin silah-sursatını, o cümlədən artilleriyasını ələ keçirirlər»
Kirmanşah müqaviləsi thumb|237x237px|Kirmanşah şəhəri Beləliklə, İsfahana gedən yol Osmanlı ordusunun üzünə açılmış oldu. Lakin Əhməd paşa İran paytaxtını ələ keçirmək üçün lazımi qədər qüvvəsi olmadığını anlayaraq, tutulmuş ərazini talan etməklə kifayətləndi. Ağır məğlubiyyət qarşısında qalan II Şah Təhmasib Osmanlı Türkiyəsindən sülh sazişi bağlamağı xahiş etdi. İsfahandan uzaqda yerləşən Nadir bu xəbəri eşidib təcili olaraq II Təhmasibə məktub göndərdi və Türkiyə ilə sülh bağlamasını, torpaq güzəştə getməməsini tələb etdi. Lakin 1732-ci il yanvarın 16-da Kirmanşah şəhərində İranla Türkiyə arasında sülh bağlandı və şah ləngimədən onu təsdiq etdi. Həmin müqavilənin şərtlərinə görə, İrəvan, Gəncə, Tiflis, Şamaxı şəhərləri ilə birlikdə Şirvan vilayəti, habelə Dağıstan Türkiyənin ixtiyarında qalır, Təbriz və Kirmanşah İrana qaytarılırdı. Araz çayı göstərilən dövlətlər arasında sərhəd olmalı idi. Təbriz şaha qaytarılsa da, Nadirin qazandığı bütün uğurlar heçə endirildi.
Şah II Təhmasibin taxtdan endirilməsi Xorasandan qayıdan Nadir xan şah Təhmasibin Türkiyə ilə son müqaviləsini tanımaq istəməyib onun qüvvədən düşmüş hesab olduğunu bildirdi. 1732-ci ilin avqustunda ordu komandanlarına arxalanaraq II Təhmasibi taxtdan devirdi. Nadirin göstərişi ilə saraydan Məşhədə sürgün edilən şahın gözləri çıxarıldı. Bir daha Nadirin işlərinə qarışmaması üçün səkkiz aylıq oğlu III Abbas adı ilə “şah” elan edildi. Uşağın adına xütbə oxunub sikkə kəsildi. Tam əl-qolu açılan Nadir xan bütün dövlət İşlərini öz əlinə alıb, faktiki olaraq İran dövlətinin tam səlahiyyətli hökmdarı oldu.
Osmanlılara qarşı yeni müharibənin başlaması Nadir ilk növbədə II Təhmasiblə Osmanlı komandanlığı arasında bağlanmış 1732-ci il müqaviləsinin şərtlərini ləğv etdi. O, 1723-cü ildən bəri işğal etdiyi bütün torpaqları Səfəvilərə qaytarmağı Osmanlıdan təkid və qətiyyətlə tələb etdi. Osmanlının bu tələbi yerinə yetirməkdən imtina etməsi Nadirin başçılığı altında Səfəvi qoşunlarının Osmanlı ordusuna qarşı güclü hərbi əməliyyatlara başlamasına səbəb oldu. Ölkənin şərqində Gılzay və Abdal təhlükəsini aradan qaldırıb, bu bölgənin təhlükəsizliyini təmin edən Nadirin Həmədan və Təbrizin alınmasıyla Osmanlı dövlətinə qarşı qazandığı uğurlar onu olduqca güclü bir mövqeyə gətirmişdi. Təhmasib devrildikdən sonra dövlətin bütün işlərinin ixtiyarı Nadirin əlinə keçirsə də, o, Osmanlılara qarşı müharibəni Bəxtiyari diyarında baş verən qiyam səbəbindən dərhal başlaya bilmir. 1732-ci il 19 oktyabrda Bəxtiyari diyarına yürüşə çıxan Nadir yalnız 10 dekabrda qısa mühasirə nəticəsində Osmanlıların tərk etdikləri Kirmanşahdan Osmanlı sərhəddinə hərəkət edir. Samirə, Xilə, Kərbəla, Nəcəf və digər yerlər zəbt edilir. Nadirin ordusu Bağdada doğru irəliləyir.
Bağdad üzərinə yürüşlər Nadirin Bağdada yönəlməsinin ən əsas səbəblərindən biri İraq ərazisində yerləşən Bağdad, Mosul, Hələb şəhərlərindən keçən, oradan isə Avropaya qədər uzanan Aralıq dənizi ətrafı ticarət yollarını , o cümlədən Osmanlı dövləti ilə Səfəvilər arasında böyük bir önəmə sahib olan Hac ticarət yollarını öz nəzarətinə keçirmək istəyi idi. Bundan başqa şiəliyin müqəddəs ziyarətgah yerlərini yenidən Səfəvi dövlətinin tərkibinə daxil etmək istəyi də bu səfərin əsas məqsədlərindən biri idi. 1733-cü ilin yanvar ayında başlayan yürüş zamanı Nadir əsgərlərinin bir hissəsini İmamı Əzəmin qəbrini qorumaq üçün təyin etdikdən sonra 2500 nəfərlik digər bir dəstə ilə Dəclə çayının qərbinə keçdi. Ertəsi gün 1500 nəfərlik başqa bir dəstə Nadirin ordusuna qoşuldu və Bağdada doğru hərəkətə başladılar. Səfər zamanı Samirə, Xilə, Kərbəla, Nəcəf və digər yerlər zəbt olundu. Bu şəhərlərin ələ keçirilməsi ilə Bağdadın ətrafla əlaqəsi kəsildi. Lakin Nadirin bu yürüşü istənilən nəticəni verə bilmədi. Bağdad türk ordusu tərəfindən yaxşı müdafiə olunurdu. Bundan başqa Nadirin ordusunda hücum üçün nəzərdə tutulan iri toplardan yoxidi. Bağdad şəhəri 88 gün mühasirəyə alınsa da bu əməliyyatlar heç bir nəticə vermədi. Nadir ordusunun ¾ -nü itirdi.
Kərkük döyüşü thumb|Kərkük döyüşü