Uşaqlıq (ya Fallop) borusu (, yun. salpinx) silindrəbənzər uzun boru şəklində cüt üzvlərdən olub, uşaqlığın yan tərəfində, enli bağın yuxarı kənarında yerləşmişdir. Böyüklərdə uzunluğu 6 sm-dən 20 sm-dək olur. Sağ boru sol borudan bir qədər uzun olur. Uşaqlıq borusu dörd hissədən ibarətdir; 1) uşaqlıq borusu boşazı — , 2) uşaqlıq borusu ampulu (pars ampularis)- 3) interstisial və ya uşaqlıq (pars interstisialis tubae)ən dar hissə. 4)qif (infundibulum tubae)ən distal və ən geniş hissə . Uşaqlıq borusu boğazı qısadır (təxminən 3–6 sm uzunluğundadır), uşaqlığın cismi ilə dibi arasında yan kənarından başlayaraq bayır tərəfə gedir və uşaqlıq borusu ampuluna keçir. Uşaqlıq borusu ampulu boğazdan uzundur (təxminən 8 sm uzunluğundadır), diametri böyük (6–8 mm), divarları nazik, gedişi qıvrım və özü də yumurtalığa yaxındır.
Uşaqlıq borusu 1mm diametrində dəlik (ağız) — vasitəsilə uşaqlıq boşluğunun yuxarı və bayır buçağından başlayaraq uşaqlığın divarını dəlir və xaricə çıxır; bunun uşaqlıq divarında olan hissəsi adlanır və uşaqlıq əzələlərindən ayrılır. Uşaqlıq borusu ampulu yumurtalıq yaxınlığında genələrək uşaqlıq doeusu qıfını — vasitəsilə periton boşluğuna aşılır. Bu dəiyin diametri 2 mm-ə bərabərdir. Uşaqlıq borusu qıfının kənarları boru saçaqları — adlanan bir çox çıxıntılara bölünmüşdür. Bu saçaqlardan biri çox uzundur (təxminən 3 sm) və yumurtalığa çardığı üçün adlanır. Bəzən boru saçaqlarının üzərində qovuqcuqlu artımlar — təsadüf olunur.
Divarı thumb|230px|left|Qadının uşaqlıq borusunun histoloji en kəsiyini: (1) Mənfəz, (2) Kirpikli ehtizaslı epitel, (3) Selik ifraz edən vəzi hüceyrəsi, (4) Əzələ qişası, (5) Arteriola Uşaqlıq borusunun quruluşuna gəldikdə bir neçə qişadan təşkil olunduğunu görürük: selikli qişa, selikaltı qat, əzələ qişası, serozaltı qat və seroz qişa.
Selikli qişa və selialtı qat Selikli qişa — birqatlı kubabənzər və ya silindrəbənzər epitel ilə örtülüdür, bunların çoxlarının üzərində kirpiklər vardır və bukirpiklərin ehtizazı uşaqlığa doğrudur. Bəzi hüceyrələrin kirpikləri yoxdur və bunlar seliyəbənzər maye ifraz edir. Selikli qişa artıq miqdarda büküşlər — əmələ gətirir; bunların çoxusu ampul nahiyyəsindədir; istiqamətləri boğaza tərəfdir.
Selialtı qat — lifli birləşdirici toxumadan təşkil olunmuşdur və selikli qişanşn əzələ qatına söykənmişdir.
Əzələ qişası Əzələ qişası — saya əzələ liflərindən təşkil olunmuş daxili həlqəvi — və xarici boylama qatdan — ibarətdir. boylama qat həlqəvi qatdan nazikdir. Ümumiyyətlə, ampul hissəsində əzələ qişası boğaz nahiyəsindəkindən nazikdir.
Seroz qişa və serozaltı qat Seroz qişa — qalın serozaltı qat — vasitəsilə əzələ qişası ilə zəif rabitədədir. serozaltı qat kövşək hüceyrəli toxumadan təşkil olunmuşdur; borunun uclarında, bir qat lifli birləşdirici toxumaya keçdiyi üçün seroz qişa əzələ qişası ilə sıx rabitədədir. Yuxarıda qeyd olunduğu kimi, uşaqlıq borusunun qarın ağzı () periton boşluğuna açılır, buna görə uşaqlıq yolu və xarici cinsiyyət üzvləri vasitəsilə xarici mühit ilə birləşir.
Uşaqlıq boruları intraperitoneal üzvlərdən olub uşaqlığın enli bağının yuxarısında yerləşmişdir, gedişləri qıvrımdır və özləri də artıq dərəcədə hərəkətli oluqları üçün yerlərini tez-tez dəyişirlər. Uşaqlığın yerdəyişməsi və ya həcmi, boruların vəziyyətinə olduqca təsir edir. Uşaqlığın enli bağının boruya yaxın hissəsinə boru çözü — deyilir. Bunu təşkil edən periton səfhələrii arası ilə boruya qan damarları və sinirlər gedir.
Uşaqlıq yolunun yaş xüsusiyyətləri Yenodoğulmuş qızların uşaqlıq boruları tamamilə qıvrım olur; ancaq böyüdükcə boğaz düzlənir; uşaqlarda saçaqlar zəif inkişafetmiş olur. Qoca qadınlarda saçaqlar və qıf süstləşir, borunun divarları nazikləşir, özü də düzlənir, selikli qişa büküşləri hamarlaşır, epitel hüceyrələr yastılaşır və bəzi nahiyələrdə itir və borunun qarın dəliyi tutulur.
Vaskulyarizasiya və innervasiyası Uşaqlıq borusu öz arteriyalarını yumurtalıq və uşaqlıq arteriyalarından alır; bunlar () boru müsariqəsi içərisi ilə boruya doğru gedərək onun qişalarında şaxələnir və tor əmələ gətirirlər.
Venoz qan eyni adlı venalar vasitəsilə uşaqlıq kələfinə və yumurtalıq venasına daşınır.
Limfa damarları yumurtalığın eyni damarları ilə bərabər gedərək daxili qalça və bel limfa düyünlərinə açılır.
Uşaqlıq borusu sinirlərinin adlanan kələflərdən alır.
Mənbələr Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979 Р. Д. Синельников. Атлас анатомии человека (4 тома) Anatomy: Embryologie
Kateqoriya:İnsan anatomiyası Kateqoriya:Qadın cinsiyyət üzvləri
Kateqoriya:Qadın reproduktiv sisteminin fiziologiyası