220px|thumb|Müxtəlif ölkələrin 5000-lik əsginasları. 240px|thumb|1931-ci ildə buraxılmış olan 1 türk lirəsi olan əsginasın arxa tərəfi
thumb|200 px|Yuan sülaləsinin banknotu Əsginas — dördbucaqlı kağız, xüsusi qalın parça, əsasən ipək, metal və plastik materialdan hazırlanan pul vahidi;
Milli valyuta əsginaslar hər ölkənin mərkəzi bankı tərəfindən buraxılır və de-yure bütün ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməyə məcburidir.
Tarixi Əsginaslar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. Ən qədim əsginas IX əsrdə (812-ci il)Çin ərazisində Tan sülaləsi tərəfindən buraxılıbdır. Əsginasların buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə əsginaslar qızıl pullarla yanaşı buraxılırdı və onları tədavülə yeritmək üçün qızıl sikkələrə dəyişdirirdilər.
Əsginaslarla banknotların fərqi Əsginaslar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir. Əsginaslar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə vasitəsidirlər. Əsginasları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir.
200 px|Azərbaycan Respublikası 100 manatlıq əskinasının üz tərəfi200 px|Azərbaycan Respublikası 100 manatlıq əskinasının arxa tərəfi
İstinadlar
Xarici keçidlər Ən maraqlı əsginaslar / banknotlar
Kateqoriya:Çin ixtiraları