Həm ziyarət, həm ticarət... — 1995-ci ildə Rasim Ocaqov tərəfindən çəkilmiş dram filmi.
Məzmun "Ad günü"ndəki Mustafa (Hacı İsmayılov) nə edir, hansı qayğılarla yaşayır? Bu filmdə həmin o kasıb coğrafiya müəllimi Mustafa həyat yoldaşının təhriki ilə olan-olmazını satıb borc-xərclə Türkiyəyə həm qohumunu (Həsən Məmmədov) görməyə, həm də alverə gedir. Bazar iqtisadiyyatının qanunlarından xəbəri olmayan bu adamın işləri uğursuz olur. Lakin düşdüyü bu tragikomik vəziyyətdə belə o öz insani-ləyaqətini qoruyub saxlaya bilir.
Film adında bir daha xatırlansa da müəlliflər ticarət, alverlə bağlı problemlərimizə qətiyyən toxunmamışlar. Çünki məqsəd alveri, alverçiləri tənqid etmək deyil, sadəcə Mustafa kimilərin timsalında belə müdrik kəlamı bir daha xatırlatmaqdır: "Həyatda hər kəsin öz ruzisi, öz qisməti olur". Filmdəki hadisələr əsasən Şəkidə və İstanbulda cərəyan edir.
Film haqqında Film "Mosfilm-color" kinolaboratoriyasında aşkarlanmışdır. Filmin ssenarisi aktyor Hacı İsmayılovun oyunu nəzərə alınaraq yazılmışdır. Filmin çəkilişləri 6 ay nəzərdə tutulsa da 2 il çəkmişdir. Film "Ad günü" filminin məntiqi davamı kimidir. Nəsir Sadıqzadənin filmdə son işidir. Filmdəki məktəb səhnələri 10 saylı Məktəbdə çəkilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari müəllifi: Rüstəm İbrahimbəyov Quruluşçu rejissor: Rasim Ocaqov Quruluşçu operator: Rafiq Qəmbərov Quruluşçu rəssam: Rafiq Nəsirov Bəstəkar: Emin Sabitoğlu Səs operatoru: Akif Nuriyev Rejissor: Ramiz Əliyev Operator: Nemət Rzayev Geyim rəssamı: Nailə Cəfərova Qrim rəssamı: Elbrus Vahidov Montaj edən: Gülşən Səlimova Assistent: M. Muradov Rejissor assistenti: Nazim Cəbrayılov Operator assistenti: Aydın Mustafayev İnzibatçı: Yusif Əlizadə, Həsən Tağıyev Çalır: Səyavuş Kəriminin İdarəsi ilə İnstrumental Ansambl Redaktor: S. Ocaqova Filmin direktoru: Nadir Əliyev Prodüser: Ağaəli Hüseynov
Rollarda Hacı İsmayılov – Mustafa Nuriyyə Əhmədova – Nuriyyə Rasim Balayev – Davud Həsən Məmmədov – Əlimurad Niyazi Əhmədov – Çingiz Fərman Abdullayev – Nazim Nərminə Həsənova – Ayan Sədayə Mustafayeva – Suğra Cahangir Novruzov – Sabir Nəsir Sadıqzadə – Davudun qohumu zənnedilən türk satıcı Qəmər Məmmədova Məmməd Verdiyev – Türk R. Yunusov Nazir Əliyev – Türk satıcı Muxtar Maniyev – Muxtar Əliqulu Səmədov – Türk satıcı Süleyman Əhmədov – Türk restoran işçisi Arif Kərimov – Türk polis Yusif Əlizadə Xanlar Həşimzadə – satıcı (titrlərdə yoxdur) Nazir Rüstəmov – inzibatçı
Filmi səsləndirənlər Kazım Abdullayev – Türk polis (Arif Kərimov) (titrlərdə yoxdur) Zərnigar Ağakişiyeva – Suğra (Sədayə Mustafayeva) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli – Davudun qohumu zənnedilən türk satıcı (Nəsir Sadıqzadə)
Sponsor "Bakımeyvətərəvəz" Sənayesi Birliyi
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 362. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1995-ci ilin filmləri Kateqoriya:"Ocaq" Müstəqil Studiyası Kateqoriya:Rasim Ocaqovun filmləri Kateqoriya:Şəkidə çəkilən filmlər