Elşən İbrahim oğlu Hüseynov () — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri şəhidi.

Həyatı 30 iyun 1976-cı il Saatlı rayonu Qıraqlı kəndində anadan olmuşdur. 1983-cü ildə burada məktəbə getmiş, 1993-cü ildə burada məktəbi bitirmişdir. 1994-cü ildə Milli Orduya çağırılmışdır.

Döyüşlərdə iştirakı Görkəmli siyasi xadim, Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin komandanlığı ilə silahlı dəstə zərərsizləşdirildi.

13–17 mart hadisələri zamanı Elşəndə silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edirdi. Silahlı dəstənin zərərsizləşdirilməsi üçün neçə-neçə igidlər dövlətimiz naminə, birliyimiz naminə öz əziz canlarından keçdilər. Bunlardan biri də Hüseynov Elşən oldu.

Ailəsi Atası Hüseynov İbrahim Kərəm oğlu 10 yanvar 1930-cu ildə Saatlı rayonu Qıraqlı kəndində anadan olmuşdur.

Anası Hüseynova Arifə Zeyniş qızı 21 mart 1938-ci ildə Saatlı rayonu Qıraqlı kəndində anadan olmuşdur.

Subay idi.

Milli Qəhrəman Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-cil tarixli 307 saylı fərmanı ilə Hüseynov Elşən İbrahim oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Saatlı rayonunun Qıraqlı kəndində dəfn edilmişdir.

Saatlı rayon mərkəzi xəstəxanası onun adını daşıyır. 2012-ci ildən həmin xəstəxanadan onun adı götürülüb. Hal hazırda Şamaxı şəhəri 2 nömrəli tam orta məktəb onun adın danışır.

Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 122.

İstinadlar

Xarici keçidlər Hüseynov Elşən

Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Müharibələrdə və silahlı münaqişələrdə həlak olanlar