Dəllər Cəyir — Azərbaycan Respublikasının Şəmkir rayonunun Dəllər Cəyir kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Cəyir çayının sahilində, Gəncə–Qazax düzənliyindədir. Kəndi Cəyir çayının yuxarı axarı boyunda, dağlıq ərazidə yerləşən Dağ Cəyir kəndindən fərqləndirmək məqsədilə yaxınlıqdakı Dəllər kəndinin adından istifadə olunmuşdur. Oykonim "Dəllər kəndi yaxınlığındakı Cəyir kəndi" mənasındadır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
Əhalisi Tanınmışları Murad Niyazlı (1933–2005) — XX əsrdə tanınmış ustad aşıq, şair. Taleh Həmid (1952–2016) — Şair, publisit–jurnalist.
İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
İstinadlar
Kateqoriya:Şəmkir rayonunun kəndləri