Prometey ( eyni zamanda Promefey mənası qabağı görən ya sonranı düşünən) — qədim yunan mifologiyasındaМифы народов мира. М., 1991–92. В 2 т. Т.2. С.337–340, Любкер Ф. Реальный словарь классических древностей. М., 2001. В 3 т. Т.3. С.155–157 insanların dostu və onları tanrıların özbaşnalığından qoruyan titan İapet və Klimenanın (Apollodora görə),Псевдо-Аполлодор. Мифологическая библиотека I 2, 3 далее ya Femida və Heyin (Esxilə görə),По Евфориону, сын Геры и титана Евримедонта ya da Hera və titan Yevrimedontun oğlu. Hesiona onun həyat yoldaşı olmuşdurЭсхил. Прикованный Прометей 560.

İapet nəsli

İnsan nəsli Yunan mifologiyasına görə çox-çox qədim zamanlarda, Yer üzündə ancaq ölməz tanrılar yaşayırmış. Tanrılar insanları və digər məxluqları yaradıb yer üzünə səpələmək qərarına gəlirlər. Rəvayətə görə Prometey insanları torpaqdan yaratmış, Afina isə onlara nəfəs vermişdir.Гесиод, подложный фр.382 М.-У.; Лукиан. Прометей 13. Tanrı Zevs titan İapetin oğlanları olan Prometeyə və Epimeteyə yaradılmış insanlara və məxluqlara gözəllik və qüvvə payalamağı tapşırır. Bölgü apararkən Epimetey bütün yaraşıq və quvvəni heyvanlara paylayır. Paylarına heç nə düşməyən insanlar isə köməksiz qalırlar.

Odun oğurlanması Prometey insanların dostu olduğundan bu ədalətsizliyi aradan qaldırmaq məqsədilə Afinadan müdrikliyi, Hefestin emalatxanasından isə odu oğurlayaraq insanlara verir. Odun köməyi ilə insanlar qızınmış və yaşayıb-törəyə bilmişlər. Prometeyin bu hərəkəti tanrı Zevsin hiddətinə səbəb olur. O, Prometeyi cəzalandırmaq məqsədilə onu Qafqaz dağlarının zirvəsində zəncirləməyi tapşırır. Burada qartal onun qaraciyərini didib yeyərmiş. Hər dəfə onun didilmiş qaraciyərinin yerini yenisi tutarmış. Beləliklə, Prometey otuz il ərzində əzab çəkərək qaraciyərini qartala yedirtmişdir.

Başqa bir rəvayətə görə, Zevsin hiddətinə digər bir hadisə səbəb olmuşdur. Belə ki, qurbanvermə mərasimində Prometey öküzün ət və içalatını dərisinə bükür, sümüklərini isə yağ və piyin içində gizlədir. Seçim zamanı Zevsin payına sümüklər, insanların payına isə ət və içalat düşür. Bundan hiddətlənən Zevs onu cəzalandırır. Beləliklə ənənəyə görə insanlar qurban kəsilmiş heyvanın ətini özləri yeyir sümük və piyini isə yandırrırlar.

İstinadlar

Mənbə Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А. О., ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, ISBN 978-88-476-2283-8 Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Менелаос Стефанидис, Яннис Стефанидис, ГРЕЧЕСКАЯ МИФОЛОГИЯ, БОГИ ОЛИМПА, Издательство "СИГМА", 2009, Lekanidi St.30, GR-173 43 Athens, Greece ISBN 978-960-425-078-3

Həmçinin bax

Kateqoriya:Titanlar (mifologiya) Kateqoriya:Müdriklik tanrıları