Əmirov Faiq İsfəndiyar oğlu () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı, Mart hadisələri şəhidi.

Həyatı 22 iyun 1975-ci ildə Zaqatala rayonunun Bəhmədli kəndində doğulmuşdur. 1992-ci ildə doğma kəndində orta məktəbi bitirmişdir. 1993-cü ildə orduya çağırılmışdır. O, Füzuli, Tərtər, Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 17 mart 1995-ci ildə Mart hadisələrinin qarşısının alınmasında Faiqin xidmət etdiyi batalyon iştirak etmişdir. Burada Faiq qəhrəmancasına həlak olmuşdur.

Ailəsi Subay idi.

Milli Qəhrəman Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əmirov Faiq İsfəndiyar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bəhmədli kənd qəbristanlığında dəfn edilib.

Zaqatala şəhərindəki geniş və abad küçələrdən biri onun adını daşıyır.

İstinadlar

Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 95.

Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Zaqatala rayonunda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları