Hüseynbəyli — Azərbaycan Respublikasının Füzuli rayonunun Mirzəcamallı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Füzuli rayonunun Hüseynbəyli kəndi dəqiqləşdirmə qaydasında Mirzəcamallı kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.Ali Baş Komandan və Ordumuzdan bayram müjdəsi: 71 kənd, 1 qəsəbə, 8 strateji yüksəklik . report.az (azərb.). 9 noktyabr 2020.

Coğrafiyası və iqlimi Kənd Araz çayının sol sahilində, Mil düzündə yerləşir.

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı, əkinçilik, maldarlıq və heyvandarlıq olub.

Həmçinin bax Füzuli rayonu

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Füzuli rayonunun kəndləri