Günəşli (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. 1 sentyabr 2005-ci il tarixli 976-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Biləsuvar rayonunun Kirovka kənd inzibati ərazi vahidi tərkibindəki Kirovka kəndi Günəşli kəndi, Kirovka kənd inzibati ərazi vahidi Günəşli kənd inzibati ərazi vahidi adlandırılmışdır.

Toponimikası Yaşayış məntəqəsi Rusiyanın köçürmə siyasəti nəticəsində rus kəndlilərinin Azərbaycanda yerləşdirilməsi ilə əlaqədar olaraq 1905-ci ildə yaranmış və Alekseyevka adlandırılmışdı. Sovet hakimiyyəti illərində S. M. Kirovun (1886–1934) adı ilə Kirovka adlandırılmışdır. 1998-ci ildən kəndin adı Azərbaycan yazıçısı M. C. Paşayevin şərəfinə Mircəlal kimi rəsmiləşdirilmişdir. Memorial toponim olmuşdur. Kənd 2005-ci ildən Günəşli adlanır.

Tarixi Kənd Nadir şah dövründə onun qışlaq etdiyi ərazilərdən biri olub.

Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi Kənd Muğan düzündə, rayonun qərbində, rayon mərkəzindən təxminən 7–10 km məsafədə yərləşir. Çaylı, Ağayrı, İsmətli kəndləri ilə sərhəddir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19992551125113002009↗2916↗1480↗1436

İqtisadiyyatı Kənddə 616 təsərrüfat var. Kənd əhalisinin əsas məşğuliyyətini kənd təsərrüfatı və maldarlıq təşkil edir.

2015-ci il iyun ayının 25-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.Biləsuvar, Ağsu və İsmayıllı rayonlarının kəndlərinə təbii qaz verilmişdir. socar.az, 25. iyun 2015

Mədəniyyəti Kənddə Günəşli kənd kitabxana filialı, Günəşli kənd klubu və Günəşli Poçt Agentliyi fəaliyyət göstərir.

Təhsil Kənddə Günəşli kənd ümumi orta məktəbi fəaliyyət göstərir.

Din Kənddə Günəşli kənd məscidi yerləşir.

Səhiyyə Kənddə Günəşli kənd tibb məntəqəsi yerləşir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Biləsuvar rayonunun kəndləri Kateqoriya:Günəşli (Biləsuvar) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri