Ağahüseyn Ələkbər oğlu Kazımov () — həkim, Azərbaycan SSR xalq səhiyyə komissarı (1920–1921).

Həyatı Ağahüseyn Ələkbər oğlu 1892-ci ildə Bakı şəhərində anadan olmuşdur. Gimnaziyanı bitirəndən sonra 1911-ci ildə Kiyev Universitetinə qəbul olmuşdur. 1916-cı ildə universitetin tibb fakültəsini bitirmişdir.

Birinci Dünya müharibəsində həkim kimi iştirak etmişdir. Kommunist ideyalarına sadiq bir insan idi. Azərbaycanda sovet hakimiyyəti qurulan zaman xalq səhiyyə komissarının müavini (28 aprel — 5 iyun 1920),Azərbaycan İnqilabi Komitetin 28 aprel 1920 il № 2 dekreti sonra xalq səhiyyə komissarı vəzifəsində işləmişdir (5 iyun 1920 – 18 dekabr 1921).Azərbaycan İnqilabi Komitetin 10 sentyabr 1920 il № 168 dekreti Azərbaycan KP MK Rəyasət Heyətinin üzvü olmuşdur.

Səhiyyə nazirinin müavini Ağahüseyn Kazımov 1937-ci ildə xalq düşməni kimi həbs edərək güllələnmişdir.

İstinadlar

Həmçinin bax Azərbaycan SSR Xalq Komissarları Soveti

Kateqoriya:Azərbaycanlı həkimlər Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Kiyevdə təhsil almış azərbaycanlılar Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Azərbaycan SSR xalq səhiyyə və himayədarlıq komissarları Kateqoriya:Azərbaycan SSR xalq səhiyyə komissarları Kateqoriya:Hümmət Partiyasının üzvləri Kateqoriya:Bakı real məktəbinin məzunları