Sadako Sasaki (; 7 yanvar 1943 –– 25 oktyabr 1955) — Xirosima şəhərində yaşamış yaponiyalı qız.

6 avqust 1945-ci ildə Xirosimanın bombardmanı zamanı evində, partlayışın episentrindən 1,5 kilometr uzaqlıqda olan Sadako 10 ildən sonra şüalanmanın təsirindən yaranan leykemiya xəstəliyindən vəfat etmişdir.

Xəstəliyi və vəfatı thumb|right|250px|Ənənəvi kağız durna və oriqami üçün xüsusi dekorativ kağız 1954-cü ilin noyabrında Sadakoda şüa xəstəliyinin ilk əlamətləri özünü göstərməyə başladı. 21 fevral 1955-ci ildə o leykoz diaqnozu ilə xəstəxanaya yerləşdirildi.

Xəstəxanada o, öz yaxın dostlarından birindən bir yapon əfsanəsini eşidir. Həmin əfsanəyə görə oriqami sənəti əsasında min kağız durna düzəldən şəxsin tutduğu bir arzu mütləq yerinə yetməlidir. Bu əfsanə Sadakoya təsir edir və o, xəstəxanadakı bəzi digər uşaqlar kimi əlinə keçən kağız parçalarından durna düzəltməyə başlayır.

25 oktyabr 1955-ci ildə Sadako vəfat etdi. "Sadako və min kağız durna" kitabındakı fikrə görə o, yalnız 644 durna düzəldə bilmişdi. Dostları onun yerinə lazım olan sayda durna düzəldir və Sadako min kağız durna ilə birlikdə dəfn edilir. Xirosimadakı Memorial sülh muzeyinin Sadakoya həsr olunmuş guşəsində məlumat verilir ki, o, mindən artıq kağız durna düzəldə bilmişdi.

Abidələr və parklar Sadako Yaponiyada atom müharibəsi əleyhdarlarının simvoluna çevrilmişdir.

Xirosimadakı abidəsi Onun şücaətindən və iradəsindən ruhlanan dostları və sinif yoldaşları Sadakonun məktublarını yayımladılar və Sadakonun, habelə atom bombardmanından həlak olmuş bütün uşaqların şərəfinə abidə ucaldılması üçün fəaliyyətə başladılar. Yaponiyanın hər yerindən gənclər bu layihənin həyata keçməsi üçün vəsait toplamağa başladılar.

1958-ci ildə Xirosimadakı Sülh Parkında əlində kağız durna tutmuş Sadakonu təsvir edən heykəl ucaldıldı. Heykəlin postamentində aşağıdakı sözlər yazılıb: "Bu bizim harayımızdır, Bu bizim duamızdır, Dünyada sülh".

Hər il avqustun 6-da, atom bombardmanının ildönümündə bu abidənin qarşısına minlərlə kağız durna düzülür.

Sietldəki abidəsi thumb|ABŞ-də, Sietldəki Sülh Parkında Sadakonun heykəli

Sadakonun şərəfinə ABŞ-də, Sietldəki Sülh Parkında da heykəl qoyulmuşdur. Natural ölçüdə olan bu heykəl də əlində kağız durna tutmuş qız uşağını təsvir edir. Heykəlin postamentində aşağıdakılar yazılıb:

İngiliscə Azərbaycanca SADAKO SASAKI PEACE CHILD SHE GAVE US THE PAPER CRANE TO SYMBOLIZE OUR YEARNING FOR PEACE IN THE WORLD. Sadako Sasaki Sülhün övladı O, bizə bizim dünyada sülh uğrunda cəhdlərimizi simvolizə edən kağız durna hədiyyə etdi.

Santa-Barbarada Sadako Sülh Bağı Sadako Sülh Bağı () 6 avqust 1995-ci ildə Xirosimanın atom bombardmanının 50 illiyi münasibətilə açılmış və Sadako Sasakinin şərəfinə adlandırılmışdır. 30 iyun 2002-ci ildə bu park Sülh Bağları şəbəkəsinə daxil oldu.

Bağ ABŞ-nin Kaliforniya ştatında, Santa-Barbara şəhərində, "La Casa Maria Retreat Center"də yerləşir. İzabel Qrin () və İrma Kavat () tərəfindən düşüncə və ilhamalma parkı kimi yaradılmışdır. Nuclear Age Peace Foundation və La Casa de Maria layihəsi çərçivəsində yaradılmışdır.

Parkın içərisində üzərində durnalar yonulmuş daşlar qoyulmuşdur.

Sadako incəsənətdə thumb|Eleanor Koerin "Sadako və min kağız durna" kitabının üz qabığı Sadako haqqında uşaq kitabları yazılmış, komikslər, filmlər və cizgi filmləri çəkilmiş, musiqilər yazılmışdır. Sadako haqqındakı ən məşhur kitab — Eleanor Koerin () "Sadako və min kağız durna" kitabıdır (). 1977-ci ildə işıq üzü görən və dünyanın 18 ölkəsində nəşr olunan bu kitab əsasında ABŞ-də film çəkilmişdir. 1969-cu ildə avar-sovet şairi Rəsul Həmzətov Yaponiyada olarkən Sadakonun hekayəsindən təsirlənərək özünün ən məşhur poemalarından biri olan "Durnalar"ı yazmışdır. Sadako Sasakinin faciəvi taleyi 1962-ci ildə SSRİ-də, Maksim Qorki kinostudiyasında rejissor Mark Donskoy tərəfindən çəkilmiş "Salam, uşaqlar!" (Здравствуйте, дети!) filminin süjetini təşkil edir.

İstinadlar

Mənbə Sadako və atom bombardmanı – Xirosimadakı Memorial Sülh Muzeyinin uşaq bölməsi

Kateqoriya:Məşhur uşaqlar Kateqoriya:Hiroşima prefekturasında doğulanlar Kateqoriya:Oriqami Kateqoriya:Uşaqlar müharibələrdə Kateqoriya:Hibakuşa Kateqoriya:Leykozdan ölənlər