Kamran Rəcəbli — aktyor.

Həyatı Babası tanınmış akademik Əhməd Rəcəblidir. Nənəsi fizika-riyaziyyat elmləri namizədi, atası texnika elmləri namizədi, anası tibb elmləri namizədi olub. 1966-1976-cı illərdə Bakıda 1 nömrəli məktəbdə təhsil almışdır. Uşaq rollarının ən mahir ifaçlarından biri olub. Ailəlidir. İki övladı var.

Moskva Energetika İnstitutunu bitirib. 1985-ci ildə elmlər namizədi elmi dərəcəsini aldıqdan sonra Bakıya qayıdıb və Azərbaycan Neft-Kimya İnstitutunda müəllim işləyib. 1989-cu ildə SSRİ Ticarət Palatasının xətti ilə Kanadaya gedib orada qalıb. Kibernetik proqramçı kimi fəaliyyətə başlayıb. Hazırda San-Dieqo şəhərində yaşayır. Enerji sahəsində mütəxəssis olan K.Rəcəbli ABŞ-ın məşhur şirkətlərində məsləhətçi olaraq çalışır. Energetika sahəsində professordur. 2010-cu ildə Azərbaycanda olmuşdur.

Filmoqrafiya Torpaq. Dəniz. Od. Səma (film, 1967) Uşaqlığın son gecəsi (film, 1968) Şərikli çörək (film, 1969) Skripkanın sərgüzəşti (film, 1972) Kinomuzu yaşadanlar. Şamil Mahmudbəyov (veriliş)

Xarici keçidlər Эксклюзив! Главный герой фильма "Şərikli çörək" живет в США: "Черный хлеб с помидором и солью…" (ФОТО)

İstinadlar

Kateqoriya:Aktyorlar