Bağ mövsümü tammetrajlı bədii filmi rejissor Tofiq Tağızadə tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Burada Bakı bağlarının birində baş verən ibrətamiz əhvalatdan, yüksək əxlaq normaları ilə yaşayan namuslu avtobus sürücüsü-Ağababa (Həsən Məmmədov) və onun böyük ailəsindən söhbət gedir. Əsas rolları Həsən Məmmədov, Zemfira Sadıqova, Səməndər Rzayev, Leyla Şıxlinskaya, Hacımurad Yegizarov, Nuriyyə Əhmədova, Ramiz Əzizbəyli, Yelena Seropova və Elxan Cəfərov ifa edirlər.
Məzmun Burada Bakı bağlarının birində baş verən ibrətamiz əhvalatdan, yüksək əxlaq normaları ilə yaşayan namuslu avtobus sürücüsü-Ağababa (Həsən Məmmədov) və onun böyük ailəsindən söhbət gedir. Filmdə halal zəhmətin hər şeydən üstün olması fikri təlqin edilir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh. 128
Ssenari kəndin şəhərlə mənəvi-psixoloji ziddiyəti üzərinə qurulub: halallıq mücəssiməsi olan kəndlə aləmin qarıldığı şəhər üz-üzə qoyulur. Kəndlə şəhər arasında hərəkət edən Ağababanın avtobusu bu iki ziddiyyətli məkan əlaqəsinin obrazına çevrilir... Ağababa ilə dostluğu ön plana gətirilən Toplan (Dolça) iki mühit arasındakı ziddiyyətin yeganə qurbanı kimi povestdəki funksiyasını yerinə yetirir. (müəll. Aydın Dadaşov).
Film haqqında Film yazıçı Elçinin "Dolça" povesti əsasında ekranlaşdırılmışdır.
Filmin üzərində işləyənlər Rejissor: Tofiq Tağızadə Əsər müəllifi: Elçin Ssenarist: Elçin Operator: Elxan Əliyev Rəssam: Kamil Nəcəfzadə Bəstəkar: Xəyyam Mirzəzadə
Rollarda Həsən Məmmədov — Ağababa Zemfira Sadıqova — Ağabacı Səməndər Rzayev — Ağamirzə Leyla Şıxlinskaya — Əminə Hacımurad Yegizarov — Kələntər Nuriyyə Əhmədova — Xeyransa Ramiz Əzizbəyli — Əmirqulu Yelena Seropova — Nailə Elxan Cəfərov — Adil
Mirzə Babayev — Cabbar
Hamlet Qurbanov — Səttar
Aleksandr Şarovski — Rəhman
Tələt Rəhmanov — Ağacəfər
Kamilə Babayeva — Uşaq
F. Məmmədova — Uşaq
N. Nəsirova — Uşaq
L. Süleymanova — Uşaq
A. Tağızadə — Uşaq
C. Şıxlinskaya — Uşaq
F. Yusubova — Uşaq
Ü. Yaqubzadə — Uşaq
Bahadur Əliyev — Alıcı
Ə. Əhmədov
M. Ağayev
T. Məmmədov — Satıcı
M. Məmmədov
Gülnarə Əfəndiyeva — Bələdçi
H. Əfəndiyeva
Eldəniz Zeynalov — Əlisahib
Filmi səsləndirənlər :
Zərnigar Ağakişiyeva — Əminə (Leyla Şıxlinskaya) (titrlərdə yoxdur)
Rasim Balayev — Kələntər (Hacı Murad Yagizarov) (titrlərdə yoxdur)
Pərviz Bağırov — Adil (Elxan Cəfərov) (titrlərdə yoxdur)
Eldəniz Rəsulov — Rəhman (Aleksandr Şarovski) (titrlərdə yoxdur)
Yaşar Nuri — Cabbar (Mirzə Babayev) (titrlərdə yoxdur)
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 295–296. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1985-ci ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1985-ci ilin filmləri Kateqoriya:1985-ci ilin Azərbaycan filmləri Kateqoriya:Tofiq Tağızadənin filmləri Kateqoriya:İtlər haqqında filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması