Azərbaycan Respublikasının Prezidenti — Azərbaycan Respublikasında ali dövlət vəzifəsi. Azərbaycan Respublikasının Prezidenti dövlətin başçısı hesab olunur və vəzifəyə seçki yolu ilə təyin olunur. Prezidentin səlahiyyət müddəti 7 ildir.
Azərbaycan Prezidenti vəzifəsi 18 may 1990-cı ildə təsis edilmiş və səlahiyyət baxımdan Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsini əvəz etmişdir. Ölkə ərazisindəki ilk ümumxalq prezident seçkiləri isə 1991-ci il sentyabrın 8-də baş tutmuşdur.
Azərbaycan Respublikasının hazırkı prezidenti İlham Əliyevdir. O, 31 oktyabr 2003-cü ildən dövlət başçısı vəzifəsini icra edir. İlham Əliyev 2003-cü ildə 75,38 % səs, 2008-ci ildə 88,74 % səs, 2013-cü ildə 84,54 % səs, 2018-ci ildə 86,02 %, 2024-cü ildə isə 92,12 % səs toplayaraq ölkə prezidenti seçilmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən eyni şəxsin dəfələrlə prezident vəzifəsinə seçilməsinə məhdudiyyət yoxdur.
Seçilmə qaydaları
Prezidentliyə namizədə aid tələblər Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsi Azərbaycanın Prezidentliyinə namizədlərə aid tələblərdən ibarətdir. Həmin maddəyə əsasən Azərbaycanın Prezidentliyinə namizədlərə aid tələblər aşağıda göstərilənlərdir:
Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan; Seçkilərə qatılmaq hüququna sahib olan; Ağır cinayətə görə həbs edilməyən; Başqa dövlətlər qarşısında öhdəliyi olmayan; Ali təhsilli; İkili vətəndaşlığı olmayan Azərbaycan vətəndaşı.
Prezidentin andiçmə mərasimi Azərbaycan Respublikasının Konstitusiyasının 103-cü maddəsi Azərbaycan Respublikasının Prezidenti seçilən şəxsin andından ibarətdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının Prezidenti seçilən şəxsin andı aşağıda göstərilənlərdən ibarətdir.
Azərbaycan Respublikasının Prezidenti seçilən şəxs prezident seçkilərinin nəticələri haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsinin üzvlərinin iştirakı ilə and içir.
Andiçmə mərasimi zamanı Azərbaycan Respublikasının Prezidenti seçilən şəxs sağ əlini Azərbaycan Respublikasının Konstitusiyasına qoyur və aşağıda olan andı içir:
Daha sonra Azərbaycan Respublikasının Prezidenti seçilən şəxs sağ əlini Qurani-Şərifə qoyur və aşağıda olan andı içir:
Daha sonra Azərbaycan Respublikasının Prezidenti seçilən şəxs təzim edir və Azərbaycan bayrağını öpür. Mərasim Azərbaycan Respublikasının Prezidenti seçilən şəxsin nitqi ilə başa çatır.
Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin andiçmə mərasimi 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin binasında baş tutdu. 1993 və 1998-ci illərdə Heydər Əliyevin, 2003 və 2008-ci illərdə isə İlham Əliyevin andiçmə mərasimləri Heydər Əliyev Sarayında baş tutdu. 2013, 2018, 2024-cü illərdə isə İlham Əliyevin andiçmə mərasimləri Azərbaycan Respublikası Milli Məclisinin binasında baş tutdu.
Prezidentin səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərindən ibarətdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin aşağıda göstərilən səlahiyyətləri vardır.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri təyin edir; Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə təqdim edir; Dövlət iqtisadi və sosial proqramlarını təsdiq edir; Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş nazirini vəzifədən azad edir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir; zəruri hallarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına sədrlik edir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul edir; Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır; Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aktlarını ləğv edir; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimatlar verir; Azərbaycan Respublikasının digər məhkəmələrinin hakimlərini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir; Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini təyin edir; Azərbaycan Respublikasının hərbi doktrinasını Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali komanda heyətini vəzifəyə təyin və vəzifədən azad edir; Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını təşkil edir və onun rəhbərini təyin edir; Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir; Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edir və geri çağırır; Xarici dövlətlərin diplomatik nümayəndələrinin etimadnamə və övdətnamələrini qəbul edir; Dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələri bağlayır, dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələri təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir; təsdiqnamələri imzalayır; Referendum təyin edir; Qanunları imzalayır və dərc edir; Vətəndaşlıq məsələlərini həll edir; Siyasi sığınacaq verilməsi məsələlərini həll edir; Əfv edir; Dövlət təltifləri ilə təltif edir; Ali hərbi və ali xüsusi rütbələr verir; Ümumi və qismən səfərbərlik elan edir, habelə səfərbərlik üzrə çağırılanları tərxis edir; Azərbaycan Respublikası vətəndaşlarının müddətli hərbi xidmətə çağırılması və müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların ehtiyata buraxılması barədə qərarlar qəbul edir; Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasını yaradır; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir; Fövqəladə və hərbi vəziyyət elan edir; Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə müharibə elan edir və sülh bağlayır; Azərbaycan Respublikasının dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş xərclər çərçivəsində xüsusi mühafizə xidmətləri yaradır; Bu Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
Prezident Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etmək məqsədilə Prezidentin Administrasiyasını təşkil edir və onun rəhbərini təyin edir.
Prezidentin Administrasiyası Milli Məclisə təqdim olunan qanun layihələrini, Prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini hazırlayır.
Administrasiya qəbul olunmuş qanunların, Prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir, yoxlayır və dövlət başçısına müvafiq məruzələr təqdim edir.
Administrasiya Prezidentin dövlətdə olan siyasi partiya, ictimai birlik, həmkarlar və yaradıcı ittifaqları ilə, habelə xarici dövlətlərin dövlət orqanları və vəzifələri şəxsləri, yerli və xarici siyasi, ictimai xadimlər, beynəlxalq qurumlarla qarşılıqlı əlaqələri təmin edir.
Administrasiyada Azərbaycanda və dünyada baş verən sosial-iqtisadi, siyasi və hüquqi proseslər haqqında məlumatlar, yerli özünüidarə orqanlarının, ictimai qurumların və vətəndaşların müraciətləri, təklifləri təhlil olunur və Prezidentə müvafiq məruzələr hazırlanır.
Administrasiyaya ümumi rəhbərliyi Prezident həyata keçirir.
Administrasiyanın işinə bilavasitə rəhbərlik funksiyalarını isə Administrasiyanın rəhbəri yerinə yetirir. 2019-cu ildən Administrasiyanın rəhbəri vəzifəsini Samir Nuriyev tutur.
Administrasiyada fəaliyyət göstərən sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi daxil olmuş bütün müraciətləri təhlil edərək Administrasiyanın müvafiq şöbələrinə və ya digər dövlət orqanlarına göndərir.
Ən mühüm məlumatlar müxtəlif məruzə və hesabatlara daxil edilərək Prezidentin nəzərinə çatdırılır.
Prezidentin Administrasiyası Bakı şəhərində, İstiqlaliyyat Küçəsində yerləşir. Administrasiyanın yerləşdiyi bina Prezident Sarayı adlanır.
Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası
thumb|340x340px|alt=|Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının 2017-ci il fevralın 21-də baş tutan iclası Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası 1997-ci il aprelin 10-da yaradılıb. Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini reallaşdırmasına şərait yaradılmasını təmin edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının sədri Azərbaycan Prezidentidir.
Azərbaycan Respublikası Prezidentinin vəzifə mülkləri və rəmzləri thumb|330x330px|alt=|"Zuğulba" iqamətgahı thumb|330x330px|alt=|Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçin rəsmi fotosu: (24 oktyabr 2016 / "Zuğulba" iqamətgahı) thumb|328x328px|alt=|Mercedes-Benz S-Class avtomobili thumb|330x330px|alt=|Airbus A340-600 təyyarəsi thumb|330x330px|alt=|Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasiminin sonunda fəxri qarovul dəstəsinin paradı thumb|330x330px|alt=|Azərbaycan Respublikası Prezidentinin rəsmi fanfarı
Prezidentin iqamətgahları Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan iqamətgahlar, Azərbaycan Respublikası Prezidentinin rəsmi iqamətgahları hesab olunur. Hal-hazırda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində biri Qəbələ şəhərində olmaqla 3 iqamətgah, 3 qonaq evi, 2 saray var. Həmçinin Prezident Kitabxanası, Siyasi sənədlər Arxivi və "Marxal" Müalicə-İstirahət Kompleksi də, həmin idarənin tabeliyindədir.
Xarici dövlətlərin Azərbaycana rəsmi səfərə gələn dövlət başçılarının çoxunun qarşılanma mərasimi "Zuğulba" iqamətgahında baş tutur.
"Zuğulba" iqamətgahı "Gənclik" iqamətgahı "Qəbələ" iqamətgahı "Ulduz" Qonaq Evi "Gənclik" Qonaq Evi "Azadlıq" Qonaq Evi Səadət Sarayı Gülüstan Sarayı Prezident Kitabxanası "Marxal" Müalicə-İstirahət Kompleksi
Prezidentin avtomobili Azərbaycan Respublikası Prezidentinin sərəncamında 2 avtomobil var: Almaniyanın Maybach avtomobil şirkətinin istehsalı olan Maybach 62 və Almaniyanın digər avtomobil şirkəti Mercedes-Benzin istehsalı olan Mercedes-Benz W221 avtomobilləridir.
Maybach 62 Mercedes-Benz W221
Mühafizə Xidmətinin avtomobilləri Azərbaycan Respublikası Prezidentinin mühafizəsi üçün ABŞ-nin GMC avtomobil şirkətinin istehsalı olan GMC Acadia avtomobili və Almaniyanın BMW avtomobil şirkətinin istehsalı olan motosikllar ayrılıb.
GMC Acadia BMW şirkətinin istehsalı olan motosikllar
Prezidentin təyyarəsi