Xaçındərbətli (keçmişdə Xaçındörbətli) — Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 1989-cu illərdə kənd ərazisində su anbarı tikilərək, balıqçılıq təsərrüfatı və su-elektrik stansiyası yaradılıb.
Birinci Qarabağ Müharibəsi zamanı Xaçindərbəndlidən Ağdam şəhərinin elektroenergetika sistemi qidalandırılıb. Bunun nəticəsində şəhərdə elektrik kəsintilərinin müddətinin azaldılmasına nail olunub.
Kənd 1993-cü il iyunun 15-də, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Ordusu tərəfindən işğal olunaraq, Armenakavan adlandırılıb.
20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Xaçındərbətli kəndinin əhalisinin sayı 67 nəfər təşkil edirdiİnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali — səh. 1.
2022-ci ildə kənd ərazisində su anbarı bərpa edildi.
Toponimikası Yuxarı Qarabağda məskunlaşmış monqol mənşəli dörbət (monqolca adı dörvöd) tayfası buralarda iki məntəqə yaranmışdır və onları fərqləndirmək üçün biri Xaçın Dörbətli, digəri Cinli Dörbətli adlandırılmışdır. 1477-ci ilə aid mənbədə Qarabağda Dərbət-Aran və ya Vaqan Dərbət Aran adlı kəndin olması da qeyd olunmuşdur.B. Budaqov, Q. Qeybullayev Yuxarı Qarabağın Toponimləri 2005-ci il
Tarixi abidələri left|200px Qutlu Musa türbəsi
Xarici keçid http://www.karabakh.
İstinadlar
Kateqoriya:Ağdam rayonunun kəndləri