İsgəndər bəy Axundov və ya İsgəndər Axundzadə () — vəkil, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.

Həyatı İsgəndər bəy Axundov 1862-ci ildə Şamaxı şəhərində anadan olub. Molla yanında ibtidai təhsil alıb. Sonra gimnaziyada oxuyub. Züleyxa xanım Bayraməlibəyova ilə ailə qurub. 1890-da Krakov Yagilon Universitetini bitirib. İsgəndər bəy 1933-cü ildə vəfat edib.

Siyasi fəaliyyəti Əsəd bəy Əmirov 1919-cu ilin sentyabrında Şamaxı Şəhər İdarəsi tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmişdir. Sənədləri 18 sentyabr tarixində təsdiqlənmişdir. Əvvəlcə İsgəndət bəy parlamentdə bitərəflər fraksiyasının üzvü olmuşdur. Parlamentin 18 oktyabr 1919 tarixli sayca səksən beşinci iclasında isə İsgəndər bəy Axundovun bitərəflər fraksiyasından çıxdığı və Cəmil bəy Lənbəranski ilə birgə İttihad fraksiyasına daxil olduğu elan olundu.

Partiya fəaliyyəti İsgəndər bəy Axundov 1919-cu ildən İttihad Partiyasının üzvü olmuşdur. 1920-ci ilin yanvar ayının 25-də saat 1-də Bakı İctimai Məclisinin zalında İttihad Partiyasının II Qurultayı keçirildi. Qurultayda ümumilikdə 1000 qurultay nümayəndəsi iştirak etmişdir. 4 gün davam edən qurultayda İsgəndər bəy Axundzadə parlament üzvü olduğu üçün birbaşa Mərkəzi Komitənin üzvü seçilmişdir.

Ailəsi Xanımı Züleyxa xanım Bayraməlibəyova Oğlu Əjdər bəy Axundov — Cümhuriyyət tələbəsi. Qızı Sona xanım Axundova Kürəkəni Əbülfəz Qarayev Nəvəsi Qara Qarayev Nəvəsi Mürsəl Qarayev Qızı Ceyran xanım Axundova Kürəkəni Mirəsədulla Mirqasımov Nəvəsi Mirələsgər Mirqasımov Nəvəsi Oqtay Mirqasımov

Mənbə

İstinadlar

Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri Kateqoriya:Azərbaycan vəkilləri Kateqoriya:Axundovlar (Şamaxı)