Aşıqbayramlı su anbarı — İsmayıllı rayonu ərazisində İvanovka kəndi yaxınlığında yerləşir. Dəvəbatan çayının yatağında yerləşir.
Dəvəbatan çayının suyunu bənd vasitəsilə saxlamaq üçün yaradılmış bu göl 1951-ci ildə istifadəyə verilmişdir. Göyçay rayonunun pambıq tarlalarını suvarmaq üçün istifadə olunur. Yekəxana su anbarı Aşıqbayramlı su anbarından qidalanır.
Aşıqbayramlı su anbarında balıq və qurbağa növləri yaşayır.
Adlandırılması Adını yaxınlığındakı eyniadlı kənddən almışdır. Bəzi ədəbiyyatlarda bu su qovşağının adı Aşağı Bayramlı variantında qeydə alınmışdır.
Su səviyyəsi Son illər Aşıqbayramlı su anbarında su səviyyəsinin aşağı düşməsi müşahidə olunur. 2023-cü ildə rəsmilər tərəfindən əsas səbəb kimi torpaq məcralı kanalların beton üzlüyə alınması, boru xətlərinin yerlərinin dəyişdirilməsi və yenilənməsi səbəbindən su anbarına suyun verilməsinin mümkün olmaması göstərilmişdir.
İstinadlar
Xarici keçidlər İsmayıllı rayonu icra Hakimiyyəti – Məlumat 01.09.2010 tarixində götürülüb Wikimpaia
Kateqoriya:Azərbaycan su anbarları Kateqoriya:İsmayıllı rayonu Kateqoriya:1951-ci ildə yarananlar Kateqoriya:Əlifba sırasına görə su anbarları