Avazlar — Azərbaycan Respublikasının Laçın rayonunun Hoçaz kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Bu kəndin adı Avaz adlı bəyin yaşadığı ərazi mənasında Avazlar toponimi kimi formalaşmıdır. Avaz bəy əslən Cənubi Azərbaycanın Xoy şəhərindəndir. XIX əsrin birinci yarısında o indiki Avazlar kəndinin ərazisinə köçmüş və yurd salmışdır. Kənd ərazisində Qızıl qaya adlanan ərazidə, dar bir kahada məskunlaşmışdır. Sonra həmin kahadan yuxarı hissədə başqa yerlərdən gəlmiş ailələr məskunlaşmışdır. Balaca, dar kaha olan bu ərazini insanlar "Avazdar" olaraq nişan vermişdir. "Avaz", "dar" Avaz yaşayan dar (kaha) yer mənasını ifadə edirdi. Sovet dövründə Avazdar toponimi orfoqrafik səhv qəbul edildiyindən, kəndin adı səbəbi bilinmədən Avazlar olaraq rəsmiləşdirilmişdir. Avaz bəy, el arasında "Avaz pəhləvan", "tək Avaz" kimi adlarla da tanınmış və yaddaşlarda qalmışdır.
Avaz bəy Qacar imperiyasının sərkərdələrindən biri olmuşdur. Xalqla şah rejimi arasında olan çəkişmələrin birində, xalqın tərəfində olduğu üçün təqiblərə məruz qalmışdır. Şaha yaxınlığı ilə seçilən həmin şəxsi öldürmüşdür. Hadisədən sonra o, təqiblərdən yaxa qurtarmaq üçün imperiya ərazisin bu səbəbdən tərk etmişdir.
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Mədəniyyəti Kəndin məktəbi, klubu, kitabxanası və mağazası var idi.
Coğrafiyası və iqlimi Bu kənd rayon mərkəzindən 25 km. şimal-qəbdə yerləşirdi.
İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.
Əhalisi 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 70 nəfər olmuşdur.
İstinadlar
Xarici keçidlər Laçının zəngin təbii ehtiyatları 17 ildir düşmən işğalı altındadır
Kateqoriya:Laçın rayonunun kəndləri