Dmitri Sıçyov (; ) — Rusiyanın Lokomotiv Moskva klubunun kapitanı, Rusiya milli komandasının hücumçusu.

Gəncliyi Dmitri Rusiyanın Perm şəhərində 1982-ci ildə anadan olub. Uşaqlıqda futbolla məşğul olmağa başlayıb. Bundan sonra 2000-ci ildə Fransanın "Marsel" klubuna yollanıb. Burada 2 il keçirən futbolçu əsasən əvəzedici heyətdə yer alıb. Daha sonra Rusiyaya qayıdıb və Spartak Moskva klubu ilə müqavilə imzalayıb. 2005-ci ildə klubu tərk edib və Lokomotiv Moskva klubunun heyətində çıxış etməyə başlayıb.

Lokomotiv Lokomotivə keçdikdən sonra tez bir zamanda əsas heyətin futbolçusu olub. Lokomitivdə oynadığı illər ərzində o 1 dəfə Rusiya çempionu, 1 dəfə kubok qalibi və bir dəfə Birlik Kubokunun qalibi olub. 2009-cu ildə D. Bilyaletdinovun gedişindən sonra komandada kapitan sarğısı ona həvalə edilib. Sonuncu 2009/10 mövsümündə 23 oyuna çıxıb və rəqib qapısına 13 dəfə yol tapıb. Hazırkı 2010/11 mövsümündə 18 oyunda meydana cıxıb və rəqib qapısından 4 top keçirib. Bundan başqa Avropa — Liqasının pley-off mərhələsində 1 qol vurub.

Milli komanda Dmitri Rusiya milli futbol komandasının şərəfini 2003-cü ildən qoruyur. 2004-cü ildə o "Avro 2004" turnirində meydana 2 oyunda çıxıb. Sonrakı illərdə komandanın lideri olub. "Avro 2008" turnirinin seçmə mərhələsində 8 oyunda meydana çıxıb və 1 qol vurub. 2008-ci ildə Avropa çempionatında çıxış edib və 3 oyunda meydana çıxıb. Sonda Rusiya yarışın bürünc medallarını qazanıb. Daha sonra Qus Xiddinkin dönəmində əsas heyətə düşə bilməyib. Hazırda milli komandaya dəvət alıb, lakin əsas heyətdə möhkəmlənə bilmir və oyuna əsasən əvəzetməyə çıxır.

Oyundan kənar həyatı Dmitri ailəli deyil. Bir evli qardaşı var. Hazırda tək yaşayır. 2007-ci ildə Rusiyada "Naşa Raşə" ("Bizim Rusiya"), 2010-cu ildə isə "Ən yaxşı film" filmlərində çəkilib. Hər ikisində özünü oynayır. 2005-ci ildə komanda yoldaşı Diniyar ilə birlikdə "Russian Music Awards" — da çıxış edib. Burada o rep ifa etməyə başlayıb. Bundan sonra onun ifasına bir neçə remiks hazırlanıb. Belə remikslərdən birini həmyerlimiz Dj Sinedd hazırlayıb. Həmin trek onun Leprikon proj albomuna bonus trek kimi düşür.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Rusiya futbolçuları Kateqoriya:Lokomotiv Moskva FK futbolçuları Kateqoriya:Omskda doğulanlar Kateqoriya:Spartak Moskva FK futbolçuları Kateqoriya:Qriqori Fedetov FK futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Legioner Rusiya futbolçuları Kateqoriya:Rusiya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Olimpik Marsel FK futbolçuları Kateqoriya:UEFA Avro 2008 futbolçuları Kateqoriya:UEFA Avro 2004 futbolçuları Kateqoriya:2002 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Dinamo Minsk FK futbolçuları Kateqoriya:Rusiya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Rusiyanın əməkdar idman ustaları

Kateqoriya:Qazaxıstanda legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri