Oleq Pavlenko — SSRİ, Rusiya və Azərbaycan şahmatçısı, FİDE ustası. Məşqçi. SSRİ idman ustası (1966). Gənclər arasında SSRİ çempionu (1961). SSRİ çempionatının iştirakçısı (1967).

Həyatı Oleq Timofeeviç Pavlenko 1942-ci ildə Bakı şəhərində anadan olub.

Gənc yaşlarında şahmata olan marağı onu tezliklə idmanın bu növü ilə yaxından məşğul olmağa məcbur edib.

1959-cu ildən 1975-ci ilə qədər Oleq Pavlenko Azərbaycan milli komandasının şərəfini SSRİ xalqlar spartakiadasında qoruyub.

1960-cı ildə SSRİ-Yunanıstan dostluq matçında gənclərdən ibarət komandada SSRİ-ni təmsil edib. Veteranlar arasında keçirilən Azərbaycan çempionatının mükafatçısı olub.

O, ömrünün son 20 ilini Azərbaycanda istedadlı şahmatçıların üzə çıxmasına sərf edib. Onun məşqçi-müəllim kimi çoxsaylı istedadlı şahmatçıların inkişafında böyük əməyi olub.

Azərbaycanın veteran şahmatçısı Oleq Pavlenko 2010-cu ilin sentyabr ayında 68 yaşında vəfat edib.

İstinadlar

Kateqoriya:SSRİ şahmatçıları Kateqoriya:Rusiya şahmatçıları Kateqoriya:Azərbaycan şahmatçıları Kateqoriya:Bakıda doğulanlar