Kerulen — Monqolustanda və Çində çay.
Uzunluğu 1264 km-dir. Xentey yaylasından başlanır. Dalaynor gölünə tökülür. Yağış və qrunt suları ilə qidalanır. Noyabrdan aprelədək donmuş olur. Yayda daşır. Suvarmada istifadə edilir. Monqolustanın Çoybalsan şəhəri Kerulen sahilindədir.
İstinadlar
Kateqoriya:Asiyanın axarı olmayan hövzələri Kateqoriya:Asiyanın beynəlxalq çayları Kateqoriya:Monqolustan çayları