Adil Abış oğlu Əliyev () — Azərbaycan ictimai-siyasi xadimi, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı (2024-cü ildən), Azərbaycan Kikboksinq Federasiyasının prezidenti (2000-ci ildən), Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədr müavini (2020–2024), Milli Məclisin III, IV, V və VI çağırış deputatı (2005–2024).
Həyatı və fəaliyyəti Adil Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992-ci ildən İdman Ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M. V. Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib. 1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını bitirib. 2010-cu ildə BDU-nun aspiranturasını bitirib.
2009-cu ildə Kikboksinq üzrə veteranlar arası dünya çempionu olub.
2012-ci ildə çap olunmuş "Erməni soyqırımı: mif və gerçəklik" adlı kitabın ingiliscədən Azərbaycan və rus dilinə tərcüməsinin ideya müəllifi olmuşdur.
2012-ci ildə "Kütləvi iğtişaş əməlləri ilə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri" adlı monoqrafiyası işıq üzü görmüşdür. Monoqrafiya kütləvi iğtişaş əməlləri və kriminoloji problemlərin tədqiqinə həsr edilmişdir. 9 aprel 2013-cü ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Şəxsi həyatı Ailəlidir, üç övladı var.
General-polkovnik Məhərrəm Əliyevin qardaşıdır.
Hərbi xidməti 1992–1993-cü illərdə Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edib. 1994–2003-cü illərdə Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə — Bakı şəhəri Səbail rayon 39-cu polis bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, Yasamal rayonu Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi işləyib.
2003-cü ildə polis polkovnik-leytenantı rütbəsinə layiq görülüb. 2003–2005-ci illərdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı bölməsinin rəisi işləyib.
İctimai-siyasi fəaliyyəti 2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.
20 saylı Nərimanov II seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisi III, IV, V və VI çağırış deputatı seçilmişdir.
2005–2010-cu illərdə Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycan-Hollandiya parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Azərbaycan-Rusiya, Azərbaycan-Ukrayna, Azərbaycan-Almaniya və Azərbaycan-Türkiyə parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun üzvü olub. 2009-cu ildə MDB Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini işləyib.
10 mart 2020-ci ildə Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisi Sədr müavini seçilmişdir.
10 mart 2020-ci ildə Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisi Gənclər və idman komitəsinin sədri seçilmişdir.
8 iyul 2024-cü ildə Adil Əliyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhər Suraxanı Rayon icra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Təltif və mükafatları "Polis əlaçısı" fəxri adı (2000) "İgidliyə görə" medalı (2005) 20 iyun 2020-ci ildə "ehtiyatda olan polkovnik" rütbəsiylə təltif edilmişdir. "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Qeydlər
İstinadlar
Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Polkovnik-leytenantlar Kateqoriya:Azərbaycan Respublikasının Milli Məclisinin sədrinin müavinləri Kateqoriya:Azərbaycan Milli Məclisinin Gənclər və idman Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan Kikboksinq Federasiyasının prezidentləri Kateqoriya:Suraxanı Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Hüquq üzrə fəlsəfə doktorları Kateqoriya:Azərbaycanın idman ustaları