III Çarlz, III Karl və ya tam adı ilə Çarlz Filip Artur Mauntbetten-Vindzor (əsil adı: ; ) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı (8 sentyabr 2022-ci ildən). Kraliça II Elizabetin oğlu. Kral taxtını ən uzun müddət gözləmiş varis60 ildir, kral olmağı gözləyən şahzadə. lent.az .
Çarlz 8 sentyabr 2022-ci ildə anasının ölümündən sonra kral oldu. 73 yaşında o, Britaniya tarixində ən uzun ömür sürən varis və Uels şahzadəsi olduqdan sonra Britaniya taxtına çıxan ən yaşlı şəxs oldu. 6 may 2023-cü ildə Vestminster abbatlığında tacqoyma mərasimi oldu.
Həyatı Karl 14 noyabr 1948-ci ildə Bukingem sarayında anadan olmuşdur. O, Edinburq hersoginyası Şahzadə Elizabet və Edinburq hersoqu Şahzadə Filipin ilk övladı və Kraliça Elizabetlə VI Corcun ilk nəvəsidir. Şahzadənin xaç valideynləri Kral (doğma babası), Norveç kralı VII Haakon, Mariya Tek (doğma böyük nənəsi), Şahzadə Marqaret (doğma xalası), Yunanıstan və Danimarka şahzadəsi Corc, Şahzadə Viktoriya, Xanım Brebon və Devid Bouz-Layon olmuşdur. Hökmdarın qızının övladı olduğuna görə Karla Britaniya şahzadəsi və Zati-aliləri titulları verilməmişdi. Əvəzində o, Meriones Qrafı titulunu (atasının ikinci titulu idi) götürəcəkdi, lakin 22 oktyabr 1948-ci ildə VI Corc Şahzadə Elizabet və Edinburq hersoqunun hər hansı övladına kral ailəsinin üzvü və şahzadə statusu hüququnun verilməsi haqqında sənəd hazırlatdı, bu isə Karlı doğuşdan kral ailəsinin şahzadəsi etdi.
Karlın üç yaşı olanda anasının Kraliça olması ilə o da II Elizabetin varisi oldu. Hökmdarın ən böyük oğlu olduğuna görə o, avtomatik olaraq Birləşmiş Krallığın vəliəhd şahzadəsi olmaqla yanaşı, həm də Kornuol Hersoqu, Rotsey Hersoqu, Kerrik Qrafı, Renfru Baronu, Adalar lordu və Şotlandiya Şahzadəsi oldu. Onun 1981-ci ildə Leydi Diana Spenserlə evliliyindən Şahzadə Uilyam və Şahzadə Harri adlı iki oğlu var idi. 1996-cı ildə cütlük hər ikisi nikahdankənar münasibətləri açıq şəkildə bildirdikdən sonra ayrıldı.
İstinadlar
Xarici keçidlər
Şahzadə Çarlzin rəsmi saytı
Kateqoriya:Birləşmiş Krallıq monarxiyası Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Vəzifədə olan dövlət rəhbərləri Kateqoriya:İngilis anqlikanlar Kateqoriya:İngiltərə kralları Kateqoriya:Vindzorlar Kateqoriya:Birləşmiş Krallıq yarış atı sahibləri və yetişdiriciləri Kateqoriya:Almanəsilli Britaniya şəxsləri Kateqoriya:Uels şahzadələri Kateqoriya:Britaniya siyasətçiləri Kateqoriya:Yamaykanın Milli Qəhrəmanları