thumb|150px|right|Müxtəlif əlifbalarla transliterasiya Transliterasiya — bir yazı sistemindəki hərflərin başqa yazı sisteminin hərfləri ilə verilməsidir. Sözün və ya cümlənin bir əlifba qrafiki ilə yazılışının digər əlifba qrafiki ilə yazılmasıdır. Bu zaman hər bir hərf digər əlifbanın hərfi ilə deyildiyi kimi yazılır.

Tipləri Qrafik transliterasiyanın konversiyanın 4 tipi vardır: bir qrafik element digər qrafik element ilə əvəz edilir; bir qrafik element bir neçə digər qrafik element ilə əvəz edilir; bir neçə qrafik element digər bir qrafik element ilə əvəz edilir; bir neçə qrafik element digər bir neçə qrafik element ilə əvəz edilir;

Transliterasiyaya ehtiyac XIX əsrin sonunda yaranmışdır. Belə ki, Prussiyada elmi kitabxana yaranarkən latın, kiril, ərəb, hind və digər əlifba sistemləri ilə yazılmış mətnlərin vahid kataloqunu yaratmaq lazım idi. Bunun üçün hətta xüsusi təlimat da tərtib edirdilər.Лингвистический энциклопедический словарь. С. 518.

İstifadəsi Transliterasiyadan milli dildən başlıq və ya bir hissə materialı digər dildə verərkən istifadə edilir. Həmçinin mobil telefonlar vasitəsilə SMS göndərərkən də istifadə edilir.

İnternet transliteratorları Translitor.net — Kiril əlifbasının onlayn transliterasiyası xidməti. Google Transliteration — 17 dil üçün transliterasiya. Транслитер.ру - translit tərcüməçi — latın qrafikindən rus dilinə avtomatik transliterasiyası. translit.ru — rus, ukrayna və belorus dilləri üçün transliterasiya. sinxron transliterasiya rus, ukrayna və belorus dilləri üçün transliterasiya. Translit ukrayna və rus dilləri üçün transliterasiya proqramı.

Həmçinin bax

Transkripsiya Romanizasiya

İstinadlar

Xarici keçidlər Fatimə.İ.ƏFƏNDİYEVA. TƏRCÜMƏDƏ LEKSİK ÇEVRİLMƏ NÖVLƏRİNDƏN BİRİ OLAN TRANSLİTERASİYA. Journal of “HISTORY OF SCIENCE” (ISSN: 2790-0029), 2021, Cild 2, Say 3, Sıra 5. ss.41-48

Kateqoriya:Dil