Robert Broun, Robert Braun (, ) — XVIII-XIX əsrlərdə yaşamış britaniyalı (şotland) botanik, bitki morfoloqu və təsnifatçısı, Broun hərəkətinin müəllifi.
Həyatı 21 dekabr 1773-cü ildə Şotlandiyada Montroz şəhərində dünyaya gəlmiş, Aberdində, Edinburq universitetində 1789-1795 ci illərdə tibb və botanikadan təhsil almışdır. Ferdinand Bauer ilə Avstraliya və Tasmaniya kimi adaları gəzərək bir çox bitkilər növləri aşkar etmişlər. 1805-ci ildə Robert Broun Böyük Britaniyaya qayıdan zaman 4 minə yaxın bitki götürmüşdü. Robertin xidməti əvəzsiz olduğuna görə 1849-1853-cü illər ərzizndə Londonda "Lineya cəmiyyəti"nin prezidenti olmuşdu. Robert 10 iyun 1858-ci ildə vəfat etmiş və Londonda dəfn edilmişdi.
Həmçinin bax Broun hərəkəti
Mənbə Ford B. J. Brownian movement in Clarkia pollen: a reprise of the first observations // The Microscope. 1992. Vol. 40, N 4. P. 235—241.
Xarici keçidlər Robert Broun, Ensiklopedik lüğət. (rus.)
Kateqoriya:Şotlandiya botanikləri Kateqoriya:Botanika taksonlarının müəllifləri Kateqoriya:Britaniya səyyahları Kateqoriya:Sankt-Peterburq Elmlər Akademiyasının fəxri üzvləri