Heydər Əliyev Mərkəzi — Azərbaycanın paytaxtı Bakı şəhərində, Heydər Əliyev prospektində inşa edilmiş araşdırma və beynəlxalq dialoq mərkəzi. Mərkəz böyük bir kompleksdən ibarət olmaqla özündə iri konqres zalı, Heydər Əliyev Muzeyi, sərgi salonları, adminstrativ ofisləri birləşdirir. Mərkəz Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin adını daşıyır. Mərkəzin layihəsi 2007-ci ildə İraq əsilli Britaniyalı məşhur memar Zaha Hadid tərəfindən işlənmişdir. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovdur.About Us — Structure // Mərkəzin rəsmi saytı. Mərkəz müasir Bakının simvollarından biri hesab edilir.

Mərkəzin loqosu Azərbaycanın keçmişdən gələcəyə doğru baxışlarını, Azərbaycandakı tərəqqini, ölkənin sabahını simvolizə edir. Mərkəzin loqosunun rəngi – gümüşü rəng özündə bütün maneələri aşmağı, hədəfə doğru addımlamağı ehtiva edir. Gümüşü rəng liderlik, mübarizlik, dinamiklik, müdriklik, şəffaflıq, inkişaf və innovasiya rəmzidir.

Loqonun xətləri Heydər Əliyev Mərkəzinin binasının anlamı ilə həmahənglik yaradaraq Azərbaycanın dinamik inkişafını, beynəlxalq aləmdəki birincilik uğrunda hədəflərini, Vətənə, xalqa bağlılığı yaşatmaq kimi dəyərlərlə gələcəyə irəliləyişi təcəssüm etdirir.

Heydər Əliyev Mərkəzinin loqosu qurumun üzərinə düşən vəzifələri rəmzi olaraq təsvir etməklə yanaşı, milli və bəşəri dəyərlərin, dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi şüarını tərənnüm edir.

Mərkəzin "Gələcəyə dəyərlərlə!" şüarı da bu ideyadan yaranıb. Xalq arasında "İmza Sarayı" adı ilə də tanınır.

Tarixi left|thumb|120px|Mərkəzin direktoru Anar Ələkbərov Endi Uorholun "Həyat, ölüm və gözəllik" sərgisinin açılışında. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2006-cı il tarixli , 1886 nömrəli sərəncamı əsasında yaradılan mərkəzin əsasnaməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 oktyabr 2012-ci il tarixli 709 nömrəli fərmanı ilə təsdiq edilmişdir. Mərkəz Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir.Heydər Əliyev Mərkəzi // Heydər Əliyev Fondunun rəsmi saytı

Hazırda mərkəzin yerləşdiyi ərazidə əvvəllər Səttarxan adına zavod fəaliyyət göstərmişdir. Zavod 16 ha ərazini əhatə edirdi. Zavodun başqa əraziyə köçürülməsindən sonra, təmizlənmiş ərazidə inşaat işlərinə başlanılmışdır. 10 sentyabr 2007-ci ildə binanın təməli qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2012-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin Əsasnaməsi təsdiq edilmişdir.Heydər Əliyev Mərkəzinin Əsasnaməsi , Mərkəzin rəsmi saytı.

Mərkəz 101,801 m² ərazini əhatə edir.Heydar Aliyev Centre // Zaha Hadidin rəsmi saytı. Binanın tikinti prosesi, dünyanın ən mürəkkəb və maraqlı müasir memarlıq layihələrinə həsr edilən, Discovery Science və Discovery Channel vasitəsiylə yayımlanan məşhur Build It Bigger verilişində işıqlandırılmışdır. Verilişdə Denni Foster qeyd edir ki, "Bu sadəcə mədəniyyət mərkəzi deyil, həm də dünyada öz yerini tutmaq üçün bir vasitədir."

10 may 2012-ci ildə mərkəzin təntənəli açılış mərasimi olmuş və bu hadisə Heydər Əliyevin 89-cu doğum gününə təsadüf etmişdir. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva da iştirak etmişlər.Ильхам Алиев принял участие в церемонии по случаю 89-й годовщины со дня рождения великого лидера и 8-й годовщины начала деятельности Фонда Гейдара Алиева // Azərbaycan Prezidentinin rəsmi saytı. — 10 may 2012.

2013-cü ilin oktyabrında Heydər Əliyev Mərkəzi Sinqapurda keçirilən Dünya Memarlıq Festivalında təqdim edilmişdir.

2014-cü ilin iyununda Heydər Əliyev Mərkəzinin binasının dizaynına görə "Design Museum" təşkilatı Zaha Hadidə "İlin dizaynı 2014" mükafatını verib. Zaha Hadidə mükafat Bakıda təqdim edilib.

Memarlıq xüsusiyyətləri Kompleksin ərazisi 15,93 hektardır. Kompleksin layihəsində demək olar ki, düz xəttlərdən istifadə edilməmişdir. Bina özü dalğavari quruluşa malik olmaqla yerlə təmas edərək düzgün və harmonik görüntü formalaşdırır. Belə bir memarlıq quruluşu postmodernist memarlığı təmsil etməklə, eyni zamanda davamlılığı, sonsuzluğu təcəssüm etdirir. Binanın xəttləri sanki keçmişlə gələcəyin birləşməsini simvolizə edir.

Mərkəzin binasının daxili və xarici dizaynı arasında həmahənglik və qarşılıqlı əlaqə bu məkanı daxilən də hamıya yaxınlaşdırır. Çünki Mərkəz yaşından, irqindən, dinindən, cinsindən asılı olmayaraq hər kəsi öz ideyaları ətrafında birləşdirməyi qarşıya məqsəd qoyub.

thumb|Binanın auditoriumu

Binanən inşası zamanı, ümumi uzunluğu 90 km olan dəmir konstruksiyalar şəbəkəsindən istifadə edilmişdir. Dam örtüyünün quraşdırılması zamanı, ümumi sahəsi 4 ha olan və 12027 ədəd xüsusi tərkibli müxtəlif ölçülü və üçbucaq, düzbucaqlı, trapesiya, paraleloqram həndəsi formalı panellərdən istifadə olunmuşdur.symbol // Mərkəzin rəsmi saytı.

Mərkəzin inşasında istifadə olunmuş ağ rəng parlaq gələcəyin simvolu olmaqla, həm də memarlıq detallarının seçilməsi məqsədini güdür. Ağ rəng sayəsində bina üzərinə düşən işıq şüaları əks olunaraq onu tamamilə əhatə edir və binanın qabarıq hissələrini bir qədər artıq vurğulayır.

Əsas binadan başqa kompleksə yeraltı avtomobil dayanacağı və 13,58 ha əraziyə malik park da daxildir. Binanın zirvəsi 74.1 metrdir. Kompleksin ərazisində 2 dekorativ hovuz və süni göl var.

Mərkəzin məqsədi Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, eləcə də dünya mədəniyyətinin, müxtəlif sivilizasiya nümunələrinin Azərbaycanda tanıdılması, yerli, regional və beynəlxalq konfrans, simpozium və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir. Heydər Əliyev Mərkəzi, həmçinin digər ölkələrin analoji qurumları, araşdırma mərkəzləri ilə elm, təhsil, mədəniyyət, iqtisadiyyat, idman, ekologiya kimi müxtəlif sahələrdə birgə layihələr həyata keçirir.

İnteryeri Mərkəzin əsas binası üç böyük hissədən ibarətdir: Heydər Əliyev Muzeyi, sərgi zalları və "Auditorium". Binanın doqquz mərtəbəli hissəsində sərgi zalları, ofislər, həmçinin kafelər yerləşir. Dörd mərtəbəli "Auditorium" hissəsində iki konfrans salonu, görüş otaqları və media mərkəzi yerləşir. Binada həmçinin təbii ağaclar və bitkilərdən təşkil olunmuş landşaft ərazisi də formalaşdırılmışdır. Binanın tərkibində müxtəlif interaktiv məlumat köşkləri vardır ki, burada mərkəzə gələn ziyarətçilər burada keçirilən tədbirlər və sərgilər haqqında məlumat əldə edə bilərlər.

Sərgi zalları

"Azərbaycan inciləri" Mərkəzin birinci mərtəbəsində "Azərbaycan inciləri" adlı sərgi fəaliyyət göstərir. Sərgidə ölkənin tarixi və mədəni irsini əks etdirən unikal eksponatlar nümayiş etdirilir. Sərgidə Azərbaycan tarixinin bütün dövrlərini, həmçinin mədəniyyətinin müxtəlif sahələrini özündə əks etdirən eksponatlar vardır.

Sərgidə arxeoloji ekspedisiyalar zamanı Qobustan dövlət tarixi-bədii qoruğundan aşkarlanmış qayaüstü təsvirlər, numizmatika məmulatları, zinət əşyaları, orta əsrlərə aid gil və keramika nümunələri, Tövrat, İncil və Quranın qədim əlyazmalarını görmək mümkündür. Eksponatlar arasında həmçinin müxtəlif regionlara məxsus Azərbaycan milli geyim nümunələri və müxtəlif məktəblərə xas Azərbaycan xalçaları da vardır. Burada həm də qədim Azərbaycan musiqi alətləri də sərgilənir ki, ziyarətçilər onlara yaxınlaşmaqla, həm də alətlərin səslənməsini dinləyə bilirlər.

"Mini Azərbaycan" İkinci mərtəbədə yerləşən "Mini Azərbaycan" sərgisində Bakıda və eləcə də Azərbaycanın digər bölgələrində yerləşən və tarixi-memarlıq əhəmiyyətinə malik 45 binanın maketi sərgilənir. Ziyarətçilər həm azərbaycan dilində, həm də ingilis dilində sərgilənən binaların tarixi və memarlığı haqqında məlumat ala bilirlər.Ильхам Алиев ознакомился с созданным в Центре Гейдара Алиева Музеем Гейдара Алиева // Azərbaycan prezidentinin rəsmi saytı. — 9 may 2013.

Sərgilənən binalar arasında orta əsrlərə (Qız qalası, Möminə Xatun türbəsi), XIX əsrə (Bakı vağzalı, Azərbaycan Dövlət Filarmoniyası, İsmailiyyə Sarayı), SSRİ dövrünə (Hökumət Evi, Yaşıl teatr), XXI əsrə (Bakı Kristal Zalı, Alov qüllələri) aid binalarla yanaşı, tikilməkdə olan binalar (Bakı Olimpiya Stadionu, Azərbaycan Respublikası Dövlət Neft Fondu) da vardır.Наиля Абдуллаева, В. Т. Выставочный зал "Мини-Азербайджан" в Центре Гейдара Алиева // www.1news.az. — 15 avqust 2013

"Azərbaycana xoş gəlmisiniz" Mərkəzin üçüncü mərtəbəsində "Azərbaycana xoş gəlmisiniz" adlı sərgi yerləşir. Burada Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti və təbiətinə aid eksponatlar sərgilənir."Welcome to Azerbaijan" Exhibition hall, 3rd floor // Mərkəzin rəsmi saytı. Sərgini ziyarət edənlər Azərbaycanın müxtəlif regionlarında yerləşən təbiət və memarlıq abidələrinin fotolarını görə bilərlər. Burada Naxçıvandakı Möminə Xatun türbəsi, Kiş kilsəsi, Şirvanşahlar saray kompleksi, Yanardağ və sair görməli yerlərlə tanış olmaq olar.

Azərbaycan mətbəxi fotoları Dördüncü mərtəbədə yerləşən "Azərbaycan mətbəxi fotoları" sərgisində Azərbaycanın mətbəx mədəniyyəti təqdim edilir. Burada Fransada yaşayıb-yaradan tanınmış amerikan fotoqrafı Peter Lippmanın çəkdiyi fotolar yerləşdirilib. Fotolarda Azərbaycan milli mətbəxinə xas olan plov, dolma, küftə-bozbaş, çörək və lavaşla yanaşı, müxtəlif şirniyyatlar (paxlava, şəkərbura), həmçinin ənənəvi armudu stəkanda çay da görmək mümkündür. 200px|thumb|right|Meksika heykəltaraşı Xorxe Marinin mərkəzdə keçirilən "Varlığın canlanması" sərgisindən.

Heydər Əliyev muzeyi Mərkəzin ən cəlbedici hissələrindən birində Heydər Əliyev Muzeyi fəaliyyət göstərir. Dizaynı və burada tətbiq olunan yeni texnologiyaları ilə fərqlənən muzey Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirir. Burada Heydər Əliyevin həm Sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim edilir. Heydər Əliyev haqqında çəkilən filmləri izləmək istəyənlər üçün müasir avadanlıqlarla təchiz edilmiş xüsusi zal fəaliyyət göstərir. Muzeydə maraq doğuran bölmələrdən biri də ümummilli liderin müxtəlif ölkə rəhbərləri ilə görüşlərini əks etdirən multimediya zalıdır.

Muzeyin "Beynəlxalq əlaqələr" bölməsində məlumatlar xüsusi qlobus vasitəsilə çatdırılır. Belə ki, qlobusun üzərində yerləşən hər hansı ölkənin adına toxunduqda, Heydər Əliyevin hakimiyyətdə olduğu dövr ərzində keçirdiyi görüşlər ekranda öz əksini tapır.

Muzeydə təqdim olunan Heydər Əliyevin hərbi və mülki geyimləri, iş masası, şəxsi əşyaları, müxtəlif illərdə layiq görüldüyü orden və medallar, dünya ölkələrinin rəhbərləri tərəfindən aldığı hədiyyələr də nümayiş etdirilən eksponatlar siyahısındadır.

Tədbirlər 29 iyun 2012-ci ildə Heydər Əliyev Mərkəzində Krans Montana Forumunun rəsmi açılış mərasimi baş tutmuş, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Makedoniya Respublikası prezidenti Georgi İvanov, Monteneqro prezidenti Filipp Vuyanoviç, Gürcüstan prezidenti Mixeil Saakaşvili, həmçinin bir çox dövlətlərin rəsmi nümayəndələri və biznes dairələri təmsilçiləri iştirak etmişlər.Ильхам Алиев принял участие в официальном открытии Форума Кранс Монтана // Azərbaycan Prezidentinin rəsmi saytı. — 29 iyun 2012.