Zaur Qəriboğlu () — azərbaycanlı jurnalist və yazıçı, "Reaksiya Media Group MMC"nin baş direktoru, "Media Araşdırmaları və Monitorinq Mərkəzi" (MAMM) ictimai birliyinin sədri.

Həyatı və fəaliyyəti 1 fevral 1989-cu ildə Bakı şəhərində anadan olub. Əslən Cənubi Azərbaycanın Ərdəbil şəhərindəndir.

Ədəbi fəaliyyəti Bədii yaradıcılığa erkən yaşlarından başlayan Zaur Qəriboğlu beş kitabın – "Lal məhəbbət" (2006), "Kamilliyə doğru ikinci addım" (2008), "Aldadılmış ər" (2010), "Səni yaradanı sevirəm" (2011), "Qaragünün Ağgün vəkili" (2011) müəllifidir. Bununla yanaşı bir neçə qəzet və jurnallarda bədii, publisistik yazılar yazmışdır.

2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2011-ci ilin Prezident mükafatçısıdır.

Jurnalistika fəaliyyəti 2005-ci ildən Azərbaycan mətbuatında sosial, ədəbi-bədii yazıları ilə çıxış edir.

2010–2012-ci illərdə "YazarKlub.org"un baş redaktoru, 2011–2015-ci illərdə "wwww.karabakhinfo.com" elektron jurnalının baş redaktoru olmuşdur.

2015-ci ildən "Reaksiya Media Group"un təsisçi və direktoru, eyni zamanda "reaksiya.az" informasiya portalının direktorudur.

2016-cı ilin fevral ayının 1-dən isə 5 dildə (Azərbaycan, ingilis, rus, türk, ispan) fəaliyyətə başlayan "www.karabakh.today" portalının təsisçi və direktorudur.

20 aprel 2016-cı ildə "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" ictimai birliyinin təsisçilərindən biri olub, birliyin ümumi yığıncağında sədr seçilmişdir.

1 iyul 2018-ci il tarixdə "Reaksiya Media Group"un tərkibində Youtube platformasında fəaliyyət göstərən "Reaksiya TV" kanalını təsis etmiş, hazırda da televiziyaya rəhbərlik edir.

"Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" ictimai birliyinin 27 iyul 2022-ci il tarixli ümumi yığıncağının qərarı ilə təşkilatın adı "Media Araşdırmaları və Monitorinq Mərkəzi" ictimai birliyinə dəyişdirilərək, mərkəzin sədri seçilmişdir.

2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsis edilən “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif edilib.

Əsərləri "Lal məhəbbət" (2006), Bakı, "Adiloğlu" nəşriyyatı "Kamilliyə doğru ikinci addım" (2008), Bakı, "Uniprint" nəşriyyatı "Aldadılmış ər" (2010), Bakı, "Adiloğlu" nəşriyyatı "Səni yaradanı sevirəm" (2011), Bakı, "Qanun" nəşriyyatı "Qaragünün Ağgün vəkili" (2011)Bakı, "Qanun" nəşriyyatı

Təltifləri Prezident mükafatçısı — 2011 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsis edilən “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif edilib.

İstinadlar

Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanın kişi jurnalistləri