Yuxarı Şorca — Göyçə mahalının Basarkeçər rayonunda kənd.
Tarixi Yuxarı Şorca İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Kəndin digər adları Tatar Şorcası, Başkeyti, Şorcalı Keyti olmuşdurQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.26. İ.Şopenin əsərində Baş Keyti adı formasında qeyd edilmişdirШопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852. s.599. Kəndin ilkin adı məhz Baş keyti olmuşdur. XIX əsrin 80-cı illərində kəndin adı artıq Şorca formasında öz əksini tapmışdırСвод статистических данных о населении Закавказского края, Тифлис, 1893, №628. Rayonun ərazisindəki Aşağı Keyti, Təzə (Yeni) Keyti kəndi XIX əsrin 80-cı illərində ŞorcalıСвод статистических данных о населении Закавказского края,Тифлис, 1893, №619, XX əsrin əvəllərində Aşağı Şorca kəndi adlarıdırıldıqdan sonra, Şorca kəndi də Yuxarı Şorca adlandırılmışdır.
Rayon mərkəzindən 15 km cənub-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913, стр. 297
Toponim fərqləndirici əlamət bildirən yuxarı sözünün və "duzluq, şoranlıq" mənasında işlənən şor sözünə sifətin çoxaltma dərəcəsinin morfoloji əlamətini bildirən -ca şəkilçisinin artırılması ilə düzəlib. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Əhalisi Kənddə 1831-ci ildə 75 nəfər, 1873-cü ildə 123 nəfər, 1886-cı ildə 158 nəfər, 1897-ci üdə 218 nəfər, 1908-ci ildə 248 nəfər, 1914-cü ildə 283 nəfər, 1916-cı ildə 269 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.26-27, 112-113. 1919-cu ilin aprelində azərbaycanlılar ermənilər tərəfindən törədilən qırğınlarla öz doğma kəndlərindən qovulmuşlarИстория Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.305. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra müəyyən sakitlik yaranmış və sağ qalan azərbaycanlılar kəndlərinə dönə bilmişlər. 1922-ci ildə 204 nəfər, 1926-cı ildə 253 nəfər, 1931-ci ildə 295 nəfər, 1959 - cu ildə 1252 nəfər,1987-ci ildə 1440 nəfərErmənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995. ISBN 5-8020-0852-0 s.288-289 azərbaycanlı yaşamışdır.
1988-ci ildə azərbaycanlılar bir daha Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından zorla qovulmuşlar. İndi burada ermənilər məskunlaşıb.
Görkəmli şəxsiyyətləri Əli Vəkil - şair, tərcüməçi, 1972-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1968-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Araz" ali ədəbi mükafatı laureatı (1998). Sahib Alıyev - millət vəkili
İstinadlar
Mənbə 1. Əziz Ələkbərli, "Qədim türk-оğuz yurdu "Еrmənistаn"", Bаkı, "Sаbаh", 1994. 2. Xasay Zeynalov, "Göyçəsiz günlərim", Bаkı, "Nurlаn", 2006. 3. Cəfər Qiyаsi, İbrаhim Bоzyеl, "Еrməni mənəvi tеrrоru", Bаkı, "Kitаb klubu", 2007. 4. Əlisаhib Ərоğul, "Еrməni-dаşnаq fаşizmi və Аzərbycаn", Bаkı, "Təhsil", 2007. 5. Qəşəm Məhərrəmоv, İntiqаm Məhərrəmоv, "Bаşı dumаnlı Göyçə", Gəncə, 2007. 6. Həbib Rəhimоğlu, "Silinməz аdlаr, sаğаlmаz yаrаlаr", Bаkı, 7. www. Gоychе.infо, Intеrnеt sаytı.
Kateqoriya:Göyçə kəndləri