() — aləminin dəstəsinin fəsiləsinə aid bitki cinsi.

Ananasın vətəni Mərkəzi Braziliyadır. Becərilən növü kəkilli ananasdır (A. comosus). Hündürlüyü 40–120 sm-dir. Yarpaqları qalın, uzun (50–70 sm), ətli, üstdən tünd-yaşıl, altdan gümüşü olub, rozetdə toplaşmışdır. Çiçək qrupu sünbüldür. Çəkisi 0,9–10 kq (bəzən 15 kq-adək) olur. Meyvənin qabığı bərk, ləti şirəli, sarımtıl-ağ, spesifik ətirlidir, B vitamini və karotinlə zəngindir. Meyvəsindən təzə və konservləşdirilmiş halda istifadə olunur, mürəbbə bişirilir və konfet hazırlanır. Yarpaqlarından qiymətli əyirici lif alınır. Qoltuq tumurcuqlarından alınan zoğlarla çoxalır. Tropik ölkələrdə qədimdən becərilir. Əsas sortları Kayenna, Kuin, qırmızı İspaniya ananası (süfrə sortu), Santo-Dominqodur (konservlik).

Sinonimləri Heterotipik sinonimləri

Növləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Filip Miller tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Tropik meyvələr Kateqoriya:Cənubi Amerika florası Kateqoriya:20–24 ID olan Taksonbar