Göbək venası () — vasitəsilə ciftdən arterial qan dölə doğru axır. Göbək venası göbək ciyəsilə gedərək göbəkdən qarın boşluğuna daxil olur, qarnın ön divarının dal səthilə yuxarıya qalxaraq qaraciyərin qapısına çatır və burada iki şaxəyə bölünür. Şaxələrdən biri qapı venasına və digəri venoz axacaq – adı ilə aşağı boş venaya açılır. beləliklə göbək venası ilə axan arterial qanın bir hissəsi aşağı boş venadakı venoz qanla qarışır, digər hissə isə qapı venasındakı venoz qanla qarışıb qaraciyərə daxil olur və orada kapillyar sistemini keçdikdən sonra qaraciyər venaları () vasitəsilə yenə aşağı boş venaya tökülür. Bunun nəticəsində qaraciyər başqa üzvlərə nisbətən artıq miqdarda arterial qan alır, ona görə də embrionda olduqca artıq inkişaf etmiş olur.

Təsvirlər

Xarici keçidlər

Həmçinin bax Yuxarı boş vena Aşağı boş vena Ağciyər venaları Qapı venası Ümumi qalça venası

Mənbələr 50 px|left Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)

İstinadlar

Kateqoriya:Anatomiya Kateqoriya:Ürək-damar sistemi Kateqoriya:Venalar Kateqoriya:Aşağı boş vena sistemi Kateqoriya:Damarlar