thumb|305px|right| İton koııecinin həyəti İton kolleci (, tam adı — ) — ingilis-sakson təhsil sistemində oğlanlar üçün özəl məktəb. Kollec 1440-cı ildə kral VI Henrix tərəfindən yaradılıb.Nevill, p.3 ff. Fəaliyyəti dövründə Böyük Britaniyanın 19 Baş Naziri məktəbin dinləyicisi olub. Ölkənin keçmiş Baş Naziri Devid Kemeron da məktəbin məzunudur. İton kolleci Londondan 30 kilometr qərbdə, Temza çayının sahilində, Vindzor sarayının yaxınlığında yerləşir. 13–18 yaşlı oğlan uşaqları üçün özəl məktəb-pansiondur. Təhsil haqqı ildə 24.490 ingilis funt sterlinqi və ya 50.000 ABŞ dollarıdır. Kollecin 1300 tələbəsi vardır, bəziləri kral təqaüdçüləri olaraq təhsil haqqı ödəmirlər. thumb|left
İstinadlar
Qaynaqlar Nevill, Ralph (1911). Floreat Etona: Anecdotes and Memories of Eton College. London: Macmillan. OCLC|1347225
Xarici keçidlər
Rəsmi saytı Britaniya Şurası, təhsil bölməsinin saytı (rus) İngiltərədə özəl təhsil barədə məqalələr (rus)
Kateqoriya:Təhsil Kateqoriya:1440-cı ildə yarananlar