() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Qısa morfoloji təsviri Çoxillik, hündürlüyü 50–80 (150) sm, ensiz, silindrvari, nazik qabırğalı, aşağı hissələri qəhvəyi liflərlə örtülmüş, yaşıl, çılpaq, yoğun köklü bitkidir. Kökyanı yarpaqları və aşağı gövdə yarpaqları uzun saplaqlıdır, 3–4 dəfə üç hissələrə bölünmüşdür. Yarpaqları enli üçkünc, iri, ucları uzun və dar xətli, 1,5–4 sm uzunluqda və 1–2 (3) mm endə, cod, iti ucludur. Orta yarpaqlar xırda, yuxarıdakılar uzunsovdur. Çətirlər 2,5–6 sm uzunluqda, 13–24 qeyri-bərabər şüalıdır. Sarğısı və sarğıcığının yarpaqları 5–7 sayda, xətvaribizvaridir. Kasacığın dişləri qısa, ləçəkləri 1–1,5 mm uzunluqda, açıq sarı rəngdədir. Yarım meyvəcikləri 6–7,5 mm uzunluqda və 3–4 mm enində, ellipsvari, beli qabırğalıdır.
Yayılması BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin aşağı dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Quru gilli, otlu yamaclarda, ardıc və palıd meşələrində, kolluqlarda, qayaların üstündə bitir.
İstinadlar
Həmçinin bax