() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Qərbdə Mərakeş və Portuqaliyadan şərqdə cənubi Çinə qədər quru və yarımquru subtropiklərin geniş zolağında yayılmışdır. Təbii halda Aralıq dənizi sahili ölkələrində, Yaponiyada və Hindistanda bitir.
Botaniki xarakteristikası Hündürlüyü 6 m olan həmişəyaşıl kol və ya kiçik ağacdır. Budaqlanan gövdələri qonur rəngli, yumru qabıqlarla örtülmüşdür. Yarpaqlarının uzunluğu 12 sm olub, neştərvari formalı, bozumtul-yaşıl rənglidir, üzbəüz və ya dəstələrdə 3-4 ədəd lansetvari və ya xətvari, kənarları bütöv və ya oyuqlu, qısa saplaqda, çılpaq, dərili, açıq orta damarcıqlıdır. Çiçəkləri parlaq, iri, beşləçəkli, qalxanvari çiçək qruplarında yerləşmişdir. Yayda çiçəkləyir. Əsasən toxumla, qələmlə, pöhrələrlə çoxaldılır.
Ekologiyası İşıqsevən, tezboyatan, suya həssas, torpağa az tələbkardır. Bitki quraqlığa davamlı, istisevəndir.
Azərbaycanda yayılması Azərbaycan florasında mədəni şəraitdə becərilir. Mərkəzi Nəbatat Bağının kolleksiya sahəsində mövcuddur.
İstifadəsi Dekorativ bitki kimi yaşıllaşdırmada istifadə edilir. Çiçəkləyəndə dekorativ görünür. Yarpaqlarının şirəsi zəhərlidir, yarpaqlardan alınan neriolin və kornerin preparatları ürək-damar sistemi xəstəliklərinin müalicəsində istifadə olunur.
Sinonimləri Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ kollar Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Livan florası Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Zəhərli bitkilər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Otaq bitkiləri Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları