() — aləminin dəstəsinin fəsiləsinin cinsinin növünə aid bitki yarımnövü.

Qısa morfoloji təsviri Çoxillik, hündürlüyü 30-60 sm, sıx ulduzvari tüklü bitkidir. Yarpaqları saplaqlı, aşağıdakılar uzunsov lansetvari, dilimli, gövdə yarpaqları nazik lansetvari, qıraqları xırda mişarvaridilimli, üstdən çılpaq və ya seyrək tüklü, altdan boz, qısa və sıx ulduzvari tüklüdür. Çiçəkləri kəsik-kəsik 4-6 çiçəkli köbələrdə toplanmışdır, kasacığı boruvari, bizvari, qeyri-bərabər uzun əyilmiş dişcikli, sıx boz tüklüdür. Tacı 15-20 mm uzunluqda, bənövşəyi və ya çəhrayıdır. Toxumları 5 mm uzunluqda, uzunsov, çılpaq qara-qonur rəngdədir.

Yayılması BQ şərqi, BQ Quba sahəsi, Xəzər sahili ovalığı, Qobustanın rayonlarında aşağı və orta dağ qurşağında yayılmışdır. Kolluqlarda, quru, daşlı və gilli yamaclarda, qayalarda, bağlarda, quru çay vadilərində bitir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax