() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Hündürlüyü (3) 8-40 (60) sm, gövdəsi düzduran və yaxud əyilib qalxandır, çılpaq və ya nahamar tüklü, uzun sürünən kökümsovlu çoxillik ot bitkisidir. Yarpaqları saplaq üzərindədir, uzunluğu 2-6 sm, eni 1-3 sm-dir, yumurtaşəkilli və ya yumurtaşəkilli-uzunsov, adətən pazşəkilli olur, uc hissədə küt və ya sivritəhər, kənarları tamkənarlı və ya seyrək dişlidir. Çiçək qrupu başcıq və ya sünbülşəkilli, yumurtaşəkilli və ya uzunsov olub, onun əsasında bir cüt oturaq yarpaq yerləşir. Çiçək qrupunda çiçək köbəsi yığılmışdır. Tac bənövşəyi, bəzən isə ağ rəngdə olur, uzunluğu 8-12 mmdir, 1,5-2 dəfə kasacıqdan uzun və ya ondan az fərqlənir, tacın borucuğu düzdür. Fındıqcalar yumurtaşəkilli və ya ellipsvari, hamar, parlaq, bayır tərəfi yastı və uzunluğu 2 mm-ə qədərdir. May ayında çiçəkləyir, iyun-avqust aylarında meyvə verir.

Azərbaycanda yayılması Azərbaycanın bütün rayonlarında, nadir halda Kür-Araz oval. Ovalıqdan subalp qurşağına qədər.

Yaşayış mühiti Meşələrdə, meşə kənarənda və talalarda, kolluqlarda, çəmənlərdə, bağlarda, arxların kənarında, düyü əkilən sahələrdə, çınqıllı çayların kənarında, bulaqların yanında, yol kənarında rast gəlinir.

Təsərrüfat əhəmiyyəti Yağlı bitki hesab olunur.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Avstraliya florası Kateqoriya:Afrika florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Avrasiya florası Kateqoriya:Asiya florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları