thumb|260px|Şəki pitisi thumb|Piti 2016-cı ilin Azərbaycan poçt markasının üzərində Piti - Azərbaycanın milli yeməyi.
Tərkibi Xammalların miqdarı küftə-bozbaşda olduğu kimidir:
Qoyun əti - 163 q. Quyruq - 20 q.
Təzə alça - 30 q. Noxud - 25 q
Baş soğan - 18 q. Zəfəran - 0,1 q. Quru nanə - 0,1 q. İstiot – zövqə görə. Duz – zövqə görə. Yay vaxtı zəfəran 50 q pomidorla əvəz edilir.
Hazırlanma qaydası Pitinin hər payına 55-60 qramlıq 2-3 tikə qoyun əti götürülür. Noxud 4-5 saat soyuq suda isladılır. Ət və noxudu piti qabına qoyub zəif od üzərində tədricən bişirirlər. Xörəyin hazır olunmasına 30 dəqiqə qalmış , iri doğranmış soğan, alça, duz və zəfəran şirəsi tökülüb hazır olana kimi bişirilir. Piti bir qayda olaraq bişirildiyi qabda süfrəyə verilir, yanına dərin boşqab və ya kasa, sumaq və təmizlənmiş baş soğan qoyulur.
Mənbə Piti resepti
Həmçinin bax
Kateqoriya:İran mətbəxi Kateqoriya:Azərbaycan mətbəxindəki ət yeməkləri Kateqoriya:Türkiyə mətbəxi Kateqoriya:Şorbalar Kateqoriya:Paxlalı yeməklər Kateqoriya:Ət Kateqoriya:Türk mətbəxindəki ət yeməkləri Kateqoriya:Azərbaycan şorbaları Kateqoriya:Tacikistan mətbəxi