() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Rusiyanın qərbində, Çində, Yaponiyada və Koreyada yayılmışdır.

Botaniki xarakteristikası Hündürlüyü 0,8-6 m-dək olan, düzdayanan, qalın budaqlı, əlverişli şəraitdə sıx, keçilməz budaqlar əmələ gətirən koldur. Qoca budaqları oduncaqlaşmış, qonur və çılpaq, cavan zoğları açıq yaşıl və sıx tükcüklüdür. Yarpaq yerləşməsi növbəli, saplaqdır. Yalançı zoğları enli, saplaqla bitişmiş, ucu biz, üstü çılpaq, alt tərəfi ağ tükcüklüdür. Xırda yarpaqları yeddi, bəzən beş və ya doqquz, yumru ellipsvaridən uzunsov ellipsvariyədək, uzunluğu 2,5-3 sm, eni 1,5-2 sm, üstü qırışlı, parlaq, alt tərəfi tükcüklü, boz keçəli, kənarları dişlidir. İyun-iyulda çiçəkləyir, əlverişli şəraitdə yenidən sentyabr-oktyabrda çiçəkləyə bilər. Çiçəkləri tək və ya iki-üç, iri, diametri 6-7 sm-dən, uzunluğu 1,5-2 sm olan çiçək saplağında, vəziçiçəklərlə örtülmüş, çiçək altlıqları yumurtavari, ucu bizdir. Çiçək zoğları iynələrlə örtülmüşdür. Kasayarpaqları beş, yumurtavari-lansetvari və ya xətvari-lansetvari, açıq yaşıldan qırmızı-yaşıl rəngədək, uzunluğu 2,5-3 sm, alt tərəfi tükcüklüdür. Ləçəkləri beş cüt və ya yarımçıqləçəkli, tünd çəhrayı, ağ əks-yumurtavari, ucu oyuqludur. Sütuncuqların başı iri, təxminən oturaq, ağ keçəlidir. Meyvələri hamar-şarşəkilli, ətli, əvvəlcə açıq yaşıl, sonradan parlaq narıncı və ya qırmızı rənglidir.

Ekologiyası Qumlu, gilli torpaqlarda, dəniz kənarı ərazilərdə və qayalıqlarda bitir.

Azərbaycanda yayılması Azərbaycanda mədəni şəraitdə becərilir.

İstifadəsi Meyvələrində təxminən 3% C vitamini vardır.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ kollar Kateqoriya:Koreya florası Kateqoriya:Çin florası Kateqoriya:Rusiya florası Kateqoriya:Şimali Amerika florası Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Yaponiya florası Kateqoriya:Yeməli vəhşi bitkilər