() — aləminin dəstəsinin fəsiləsinə aid bitki cinsi.

Əhəmiyyəti Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir.

Yayılması Sürvə elə də çox qədimdən becərilən bitki deyildir. O birinci dəfə 1909-cu ildə Fransada mədəniləşdirilmişdir. MDB ölkələrində 1929-cu ildən becərilir. Hazırda sürvə ən çox Moldovada, Qırğızıstanda, Krasnodar vilayətində Krımda və s. becərilir. Onun əkin sahəsi 13 min hektara yaxındır. Çiçək məhsuldarlığı hektardan 30–40 sentnerdir.

Sinonimləri Heterotipik sinonimləri

Növləri

İstinadlar

Həmçinin bax Adaçayı yağı

Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Qidalar Kateqoriya:Bağ bitkiləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları