() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Təbiətdə növün arealı Fransanın cənubunu və İtaliyanı əhatə edir.

Botaniki xarakteristikası Hündürlüyü 6 m-ə çatan, cavan zoğları bozumtul tükcüklü, yayın axırlarında təxminən çılpaqlaşan ağac və ya koldur.Tikanları çox və ya azsaylı, bəzən isə tikansızdır, uzunluğu 0,5-1,5 sm-dir. Yarpaqları tünd yaşıl, uzunluğu 3-7 sm, eni 2,5- 6,5 sm, çılpaq və ya üstü sıx olmayan yapışıq tükcüklüdür, əks-yumurtavaridən rombvariyədək dəyişir, kənarları bütöv və ya ucunda bir-üç dişli pərlidir. Çiçək qrupunun diametri 3-5 sm çoxçiçəklidir, çiçək saplağı yaxşı inkişaf etmiş tükcüklüdür. Çiçəklərin diametri 1,5 sm, kasayarpaqları enli-üçkünc, tükcüklüdür; sütüncuqları iki, bəzən bir-üçdür. Mayda çiçəkləyir. Meyvələri təxminən şarşəkilli, diametri 12–15 mm, açıq qırmızı, yeməlidir. Çəyirdəkləri iri, bəzən bir, uzunluğu təxminən 10 mm, diametri 8 mm, arxa tərəfdən çox qabarıq və şırımlı, ön tərəfdən hamar və bir az batıqdır. İyul-sentyabrda meyvə verir.

Ekologiyası Torpağa tələbkar deyildir. İstiyə və soyuğa davamlıdır. Kolluqlarda bitir.

Azərbaycanda yayılması Respublikanın bəzi bölgələrində mədəni şəraitdə park və bağlarda rast gəlinir.

İstifadəsi Qərbi Aralıq dənizi ölkələrində qədimdən meyvəli bitki kimi becərilir. Rusiyada və yaxın ölkələrdə azarol yemişanı becərilmir. Bu adla müxtəlif növlər, əsasən Pontiya yemişanı (Crataegus pontica) becərilir.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Meyvə ağacları Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Avropa florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Türkiyə florası Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları