Ayntraxt (almanca Eintracht Frankfurt Fußball A.G.) — Almaniyanın Frankfurt-na-Mayne şəhərinin futbol klubu. Almaniya Birinci Bundesliqasında oynayır. "Ayntraxt"ın baş məşqçisi Adi Hütterdi, prezidenti isə Mathias Beckdir. Klub ev oyunlarını 60.100 insan tutumuna malik olan "Deutsche Bank Park" stadionunda keçirir.

Tarixi 1899-cu ildə yaradılıb. Frankfurt təmsilçisi Almaniya futbolunda ən böyük uğurunu 1959-cu ildə ölkə çempionu olmaqla əldə edib. O vaxtdan “Ayntraxt” bir dəfə də olsun bundesliqanın qalibi ola bilməyib. 1991-1992-ci il mövsümünün son turunda "Ştutqart"a məğlub olaraq çempionluğu əldə verən "Ayntraxt" növbəti illərdə əvvəlki gücünü itirməyə başlayıb. Klub 1995-1996, 2000-2001, 2003-2004 və 2010-2011 mövsümündə ikinci liqada oynamalı olub. Ayntraxt klubu 2012-2013 mövsümündə bundesliqanı altıncı yerdə başa vurub.

Almaniya kuboklarında isə komanda liqaya nisbətən daha çox uğurlar əldə edib. "Ayntraxt" 1974, 1975, 1981, 1988 və 2018-ci ildə ölkə kubokunun sahibi olub. Avropada ən böyük nailiyyəti 1980-ci ildə UEFA kubokunu əldə etməklə qazanıb. Komanda son olaraq avrokuboklarda yeddi il əvvəl yarışıb. Onlar qrup mərhələsində uğursuz çıxış edərək mübarizəni dayandırmışdılar.

Uğurları

UEFA Kuboku: 2 1979/80, 2021/22.

Almaniya Liqası (Bundesliga) Çempionluğu: 1 1958/59.

Almaniya Kuboku: 5 1973/74; 1974/75; 1980/81; 1987/88; 2017/18.

Heyəti Qapıçı1 Noah Atubolu33 Jens Grahl39 Amil Šiljević40 Kauã Santos Müdafiə2 Elias Baum3 Lilian Brassier4 Robin Koch5 Otávio22 Timothy Chandler26 Keita Kosugi34 Nnamdi Collins37 Jeremiaha Maluze44 Davis Bautista49 Derek Boakye Osei Yarımmüdafiə6 Oscar Højlund7 Ansgar Knauff8 Farès Chaïbi15 Noël Aséko 20 Ritsu Doan25 Raphael Onyedika27 Mario Götze31 Love Arrhov38 Ebu Bekir Is42 Can Uzun45 Marvin Dills Hücum9 Jonathan Burkardt11 Younes Ebnoutalib29 Ayoube Amaimouni35 Malik Pimpong48 Junior Awusi50 Alessandro Gaul Souza? Jessic Ngankam Məşqçi Adi Hütter

Tanınmış oyunçuları

Emil Balayev Uwe Bein Thomas Berthold Manfred Binz Ronald Borchers Nathaniel Brown Cha Bum-Kun Lajos Détari Thomas Doll Hugo Ekitiké Jürgen Grabowski Sébastien Haller Makoto Hasebe Bernd Hölzenbein Petar Houbtchev Daichi Kamada Luka Jović Andreas Köpke Joachim Löw Omar Marmoush Andreas Möller Oka Nikolov Jay-Jay Okocha Bruno Pezzey Alfred Pfaff Christoph Preuß Ante Rebić Sebastian Rode Marco Russ André Silva Bernd Schneider Ulrich Stein Kevin Trapp Anton Turek Anthony Yeboah

Xarici keçidlər Ayntraxt futbol klubunun rəsmi saytı

Mənbə

Kateqoriya:Əlifba sırasına görə futbol klubları Kateqoriya:Almaniya futbol klubları Kateqoriya:Hessen