() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Kiçik Asiyada, Skandinaviyada, Orta Avropada təbii halda yayılmışdır. İlk dəfə Balkan yarımadasında təsvir edilmişdir.

Botaniki təsviri Alçaqboylu (1–2 m) koldur. Cavan zoğları sıx, kütləşmiş, qaramtıl ziyillərlə örtülüdür. Yarpaqları açıq-yaşıldır, ellips və ya uzunsov ellipsvarı formalıdır, kənarları xırda dişlidir. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri yarpaq qoltuğunda yerləşir, çiçək saplağı uzundur, hər saplaqda 7-yə qədər çiçək olan çiçək qrupu yarımçətirdə yerləşir. Kasacığı 4 dilimlidir, ləçəkləri tünd-qırmızı və ya yaşılımtıl-boz rənglidir. Xoşa gəlməyən ağır iyi vardır. Meyvəsi avqust-oktyabr aylarında yetişir. Meyvəsi 4 bölümlü qutucuqda olmaqla saplaqdan asılmış vəziyyətdədir. Toxumu yumurtavarı, qara, parlaq, yarıya qədər qırmızımtıl örtüklə örtülüdür.

Ekologiyası Rütubətli ərazilərdə, humusla zəngin torpaqlarda yaxşı bitir. Şaxtayadavamlıdır.

Azərbaycanda yayılması Böyük və Kiçik Qafqazda, Lənkəran zonasında, Naxçıvanın meşə və kolluqlarında bitir.

İstifadəsi Payızda qırmızımtıl meyvəsi və sarımtıl-çəhrayı yarpaqları çox gözəl olur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:1771-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Dekorativ kollar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Asiya florası Kateqoriya:Zəhərli bitkilər