() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Çoxillik bitkidir. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, sadə və ya az budaqlanan, sıx yumşaqtüklü, bəzən aşağısı qırmızımtıldır. Yarpaqları saplaqlı, 1-2 sm uzunluqda, uzunsov yumurtavari, kənarları yarımdairədişli, üstü yaşıl, altı sıx tüklü olduğundan bozumtuldur. Çiçəkqrupu 20-25 sm qədər uzunluqda, dar uzun silindrik sünbülvaridir. Kasacığı 3–5 mm uzunluqda, zınqırovvari, ikidodaqlı, tüklüdür. Tacı fırfır, nadir hallarda ağ rəngli, kasacıqdan uzundur, xaricdən qısa tüklənmişdir. Meyvələri 1 mm uzunluqda, yumru, vəzilidir. İyun-avqust (sentyabr) aylarında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir.

Azərbaycanda yayılması Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, Alazan-Əyriçay, KQ mərkəzi, Lənk. dağ., Lənk. oval. Ovalıqdan orta dağ qurşağına qədər.

Yaşayış mühiti Meşələrdə, kolluqlarda, bağlarda, suvarma kanalları boyunca rast gəlinir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax