() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Ukraynanın qərb hissəsinin meşələrində, Moldovada, Qafqazda, Qərbi, Mərkəzi, Cənubi Avropada, İtaliyada, Yuqosloviyada, Bolqariyada, Yunanistanda, Rumıniyada bitir.
Botaniki təsviri Hündürlüyü 40 m-dək, sıx, enli piramidal çətirli, qırmızımtıl qonur tükücüklü, bəzən çılpaq ağacdır. Yarpaqları 14 sm-dək uzunluqda, yumurtavari, üstü tünd yaşıl, alt tərəfi açıq, çılpaq, damarcıqların künclərində açıq tükcüklüdür, 2-6 sm uzunluğu olan saplaqlarda yerləşir. Xırdayarpaq cökəyə nisbətən yarpaqları iki həftə gec açılır Tumurcuqları qırmızımtıl-qonur, çılpaqdır. Çiçəkləri 2-5 ədəd sarımtıl çiçək qrupunda toplanır və iyun ayının əvvəlində çiçəkləyir. Meyvəsi təxminən şarşəkilli, 5 çıxıntılı, qalın qabıqlı, keçəli tükcüklü qozadır.
Ekologiyası İstiyə, quraqlığa, rütübətə davamlı olub, torpaga tələbkardır. İşıqlı ərazilərdə yaxşı bitir.
Azərbaycanda yayılması Böyük və Kiçik Qafqazda, Talışda təbii halda rast gəlinir.
İstifadəsi Landşaft memarlığında və yaşıllaşdırmada geniş istifadə olunur. Balverən bitkidir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Avropa florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Asiya florası Kateqoriya:30–34 ID olan Taksonbar