Əsəd bəy Əmirov () — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin və Parlamentdəki İttihad fraksiyasının üzvü, Bakı Şəhər İctimai Özünüidarəsinin üzvü.
Həyatı Əsəd bəy Əmirov 1887-ci ildə Bakıda anadan olub. 1909-cu ildə Bakıda III Aleksandr kişi gimnaziyasını, 1916-cı ildə isə Petroqrad Universitetini bitirib. Əsəd bəy 1939-cu ildə vəfat edib.
Siyasi fəaliyyəti Əsəd bəy Əmirov 24 aprel 1919-cu ildə Bakı Şəhər İdarəsi tərəfindən İttihad Partiyası üzvü olaraq Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmişdir. Parlamentdə Əsəd bəy İttihad fraksiyasının üzvü olmuşdur.
Həmçinin Əsəd bəy Bakı Şəhər İctimai Özünüidarəsinin fəaliyyəti bərpa edilərkən Bakı Şəhər Dumasının 36 üzvü tərəfindən Duma əvəzinə işə düşəcək Bakı Şəhər İctimai Özünüidarəsi üçün semilən 46 yeni üzvdən biri olaraq seçilmişdir.
Partiya fəaliyyəti Əsəd bəy Əmirov İttihad Partiyasının üzvü olmuşdur. 1919-cu ilin aprel ayının 10-da İttihad Patyiyasının I qurultayı keçirilmişdir. Bakı Şəhər İdarəsinin binasında keçirilən qurultaya 300 qurultay nümayəndəsi çağrılmışdı. Qurultayda Əsəd bəy Əmirov İttihad Partiyasının 22 nəfərdən ibarət Mərkəzi Komitəsinə üzv seçilmişdir.
1920-ci ilin yanvar ayının 25-də saat 1-də Bakı İctimai Məclisinin zalında İttihad Partiyasının II Qurultayı keçirildi. Qurultayda ümumilikdə 1000 qurultay nümayəndəsi iştirak etmişdir. 4 gün davam edən qurultayda Əsəd bəy Əmirov parlament üzvü olduğu üçün birbaşa Mərkəzi Komitənin üzvü seçilmişdir.
Mənbə Əhməd Seyidov. "Qori Seminariyası və onun məzunları". Maarif nəşriyyat, Bakı, 1988.
İstinadlar
Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri Kateqoriya:Bakı Şəhər İctimai Özünüidarəsinin üzvləri Kateqoriya:İttihad Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:İttihad Partiyası İcraiyyə Komitəsinin üzvləri Kateqoriya:İttihad Partiyası Rəyasət Heyətinin üzvləri