Havuş mədəni — Şərur rayonunun Havuş kəndinin içərisində tarixi abidə. Havuş mədən istismar yeri. Eyniadlı kəndin içərisində dərin dərədədir. Havuşçayın sol sahilində Dərələyəz sıra dağlarının ətəklərində yerləşmişdir. Yeraltı filizçıxarma məntəqəsində təmizləmə işləri aparılmış, Orta əsrlərə aid keramika məmulatı aşkar edilmişdir. Filizin analizi göstərmişdir ki, Havuş mədən istismar yerindən əsasən qurğuşun çıxarılmışdır. Lakin filizin tərkibində digər qarışıqlar da olmuşdur..

İstinadlar

Mənbə "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 154.

Kateqoriya:Şərur rayonunun abidələri Kateqoriya:Azərbaycan mədənləri