Qızıl uçurum () — Azərbaycan filmi.
Məzmun
XIX əsrin sonu. Bakıda neft sənayesi yaranır... Kasıb Cəlil (Əliabbas Qədirov) taleyin hökmü ilə neft sahibkarlarından biri olur. Lakin gözlənilmədən əldə olunan var-dövlət Cəlilə xoşbəxtlik gətirmir. Zəhmətsiz qazanılmış milyonlar onu yoldan çıxarır, pullarını göyə sovurur, mənəvi iflasa uğrayır. O, tədricən dostlarını, evini, ailəsini itirir, özü də məhv olur...
Filmdə pulun hakim olduğu cəmiyyətin iç üzü, eybəcərlikləri, bu cəmiyyətin insanların həyatına göstərdiyi təsir, onun nümayəndələrinin əxlaq və mənəviyyatındakı ziddiyyətlər öz əksini tapmışdır.
Film haqqında
Film aktrisa Həmidə Ömərovanın kinoda ilk işidir. Film yazıçı İbrahim bəy Musabəyovun "Neft və Milyonlar Səltənətində" povestinin motivləri əsasında çəkilmişdir. Bu, povestin 2-ci ekran variantıdır.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 13. Film rejissor Fikrət Əliyevin böyük kinoda ilk müstəqil işidir. Filmdəki neft buruqları səhnələri üçün rejissorun təlimatı ilə 16 buruq qurulmuş və tonlarla mazut-neftdən istifadə edilmişdir. Filmin titrləri: XIX əsrin sonralarında Bakı torpaqlarının təkindən sel kimi axıb gələn "Qara qızıl" buranı ehtirasların toqquşma meydanına çevirdi... Film bədii rəhbər Eldar Quliyevin kinoda ilk işidir.
Festivallar və mükafatlar
1)Vilnüsdə Ümumittifaq kinofestivalı Film əsas Mükafatlardan birinə layiq görülmüşdür.
2)1983-cü ildə Leninqradda XIV Ümumittifaq kinofestivalı Rejissor Fikrət Əliyevə uğurlu debütə görə Priz verilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər
Əsərin Müəllifi : İbrahim bəy Musabəyov Ssenari Müəllifi : Mirzəağa Atəş Bədii rəhbər : Eldar Quliyev Quruluşçu rejissor : Fikrət Əliyev Quruluşçu operator : Valeri Kərimov, Kənan Məmmədov Quruluşçu Rəssam : Kamil Nəcəfzadə, Arif Əbdürrəhmanov Bəstəkar : Cahangir Cahangirov Səs operatoru : Kamal Seyidov Rejissor : T. Məmmədov Operator : Nemət Rzayev Quraşdırılmış səhnələrin operatoru : Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev Qrim rəssamı : V. Arapov Montaj edən : Rəfiqə İbrahimova Redaktor : Əhmədağa Qurbanov Rejissor assistenti : X. Şirinova, Zəfər Murtuzov (Z. Murtuzov kimi), Sergey Ratnikov Operator assistenti : Q. Əlizadə, Aydın Mustafayev İşıq Ustası : Məhəmməd Hacıyev Rəssam assistenti : Y. Kirşner, Asif Məmmədov Məsləhətçi : Püstəxanım Əzizbəyova (tarix elmləri doktoru), M. Mürsəlov (akademik), N. Əliyev (texnika elmləri namizədi) Çalır : SSRİ Kinematoqrafiyasının Dövlət Simfonik Orkestri Filmin direktoru : Əli Məmmədov, Aydın İmrani
Rollarda
Əliabbas Qədirov-Cəlil Həmidə Ömərova-Şəfiqə Hamlet Xanızadə-Lütfəli bəy Yelena Qabets-Ağbəniz Məmmədrza Şeyxzamanov-Qurban Həsənağa Turabov-Usta Bağır Sadıq Hüseynov-Əhməd Şamil Süleymanov-Əziz Kamil Məhərrəmov-Qüdrət Eldəniz Zeynalov-Nuru bəy Muxtar Maniyev-Xəlil Muxtar Avşarov-Arabaçı Y. Kayaks V. Kornilov Yaşar Məmmədov Qafar Həqqi O. Qamazov M. Bağırzadə Gümrah Rəhimov-Faytonçu Şəmsi Şəmsizadə-Bəy Şahin Cəbrayılov-Pəltək Nübar Novruzova-Fahişə Ələsgər Məmmədoğlu-Neftçi Nəcəf Həsənzadə-Nökər Cahangir Aslanoğlu-Qonaq
Filmi səsləndirənlər
Əminə Yusifqızı-Şəfiqə (Həmidə Ömərova) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli-Əziz (Şamil Süleymanov) (titrlərdə yoxdur) Rafiq Əzimov-Qüdrət (Kamil Məhərrəmov) (titrlərdə yoxdur) Amaliya Pənahova-Ağbəniz (Yelena Qabets) (titrlərdə yoxdur) Həsən Məmmədov-Hakim (titrlərdə yoxdur) Eldəniz Rəsulov-Qonaq (titrlərdə yoxdur)
İstinadlar
Mənbə Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 300-301.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı
Xarici keçid
Filmi izlə izlə
Kateqoriya:1980-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Fikrət Əliyevin filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Mükafat alan Azərbaycan filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Azərbaycanca filmlər